Zaqatalada yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.
Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:30 yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı Foto
14 Oktyabr 2025 14:58
Zaqatalada kişi müəmmalı şəkildə öldü: meyitini buradan tapdılar
16 Dekabr 2025 10:12
Araşdırmaçı jurnalist müəmmalı şəkildə yoxa çıxdı FOTO
21 Sentyabr 2026 08:49
Zaqatalada müəmmalı ölüm, 77 yaşlı kişi güllələnib
17 Sentyabr 2026 10:26
“UFO” adlı albom buraxdı, müəmmalı şəkildə yoxa çıxdı FOTOLAR KONKRET
04 May 2026 23:32
Baxış sayı:65
Bu xəbər 25 Noyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















