Icma.az
close
up
RU
Zaqatalanın bəzi kəndlərinə ağır texnikalar cəlb olundu SƏBƏB FOTO

Zaqatalanın bəzi kəndlərinə ağır texnikalar cəlb olundu SƏBƏB FOTO

Icma.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisindən axan dağ çaylarında sel və daşqın təhlükəsinin qarşısının alınması məqsədilə idarənin irihəcmli texnikaları tərəfindən zəruri tədbirlər davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, hazırda Talaçayın sağ və sol sahillərində Yuxarı Tala, Aşağı Tala, Göyəm, Dardoqqaz, Höytala və Yolayrıc kəndləri ərazilərində sahilbərkitmə işləri həyata keçirilir. Bununla yanaşı, Muxaxçayda Yuxarı Çardaxlar, Mamrux, Zəyəm, Çobankol və Suvagil kəndləri ərazilərində, Katexçayın sol sahilində Paşan kəndi ərazisində, həmçinin Bəkməzçayda Car və Axaxdərə kəndləri ərazilərində daşqın riski yüksək olan zonalarda məcratəmizləmə və sahilbərkitmə tədbirləri davam etdirilir.
Görülən işlərin əsas məqsədi yaşayış məntəqələrinin, kənd təsərrüfatı sahələrinin və mühəndis-kommunikasiya infrastrukturlarının sel və daşqın sularının yaratdığı təhlükələrdən qorunmasını təmin etməkdir.
 

Məlumata əsasən, Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində əkin sahələrinin suvarılması, sel və daşqınlara qarşı mübarizə tədbirləri ilə yanaşı əhalinin keyfiyyətli içməli su təchizatını da həyata keçirir. Bu istiqamətdə də hazırda şəhər ərazisində mütəmadi işlər aparılır. İçməli suyun verilişində fasilələrin yaranmaması üçün baş verən qəzalar operativ şəkildə aradan qaldırılır.


Bununla yanaşı son vaxtlar yağan intensiv yağışlar nəticəsində çaylara gələn sel suları içməli su mənbəsində də fəsadlar yaradıb ki, artıq bu fəsadların aradan qaldırılması istiqamətində də xeyli işlər görülüb.
Xatırladaq ki, iyulun əvvələrində Şimal-qərb bölgəsində leysan xarakterli güclü yağışlar yağıb. Nəticədə dağ çaylarından sel keçib. Ətraf əraziləri sel sularından mühafizə etmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər görülüb, çaylara ağır texnikalar yönləndirilib. Hazırda rayondan axan bütün dağ çayları nəzarətdə saxlanılır.





Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Avqust 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri