Icma.az
close
up
RU
ZAQATALANIN QAZSIZ QALAN KƏNDLƏRİ ÇARƏSİZ VƏZİYYƏTDƏ Sakinlər belə vəziyyətdə işığa limit qoyulmasını da doğru saymırlar

ZAQATALANIN QAZSIZ QALAN KƏNDLƏRİ ÇARƏSİZ VƏZİYYƏTDƏ Sakinlər belə vəziyyətdə işığa limit qoyulmasını da doğru saymırlar

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zaqatala rayonu, Çobankol kənd sakini Mustafayeva Sədaqət Qurban qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.

“Xatırladım ki, Zaqatala rayonunun Çobankol kəndi səfalı yerdə yerləşir. Bakı-Türkiyə, Bakı-Gürcüstan yolu bizim kəndin ortasından keçir. Amma təəssüflər olsun ki, qazımız yoxdur. İnsanlar qazsızlıqdan əziyyət çəkir.

Qeyd edim ki, ərazidən Gürcüstana qaz ötürülür.

Bizim qonşu Qımır kəndi 11 şəhid verib, lakin həmin kənddə də qaz yoxdur.

Sakinlər adından onu da xahiş edirəm ki, işığa qoyulan limit də azaldılsın. Evimə 215 manat işıq pulu gəlib.

Qaz olmadığından, isinmək üçün kondisonerdən istifadə etməyə məcburuq.

Özüm 280 manat pensiya alıram. Oğlum, gəlinim işləmir. İşığa limit qoyulması kənd yerində nəyə lazımdır?!”

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin mətbuat katibi Eldəniz Vəliyevlə əlaqə saxladıq. O, bildirdi ki, Zaqatalada sözügedən kəndin qazlaşması Birliyin gündəmindədir:

““Azəriqaz” İstehsalat Birliyi regionların qazlaşma prosesini öz maddi imkanları hesabına həyata keçirir. Mərhələlik prinsipi bu baxımdan qorunur. Güman edirik ki, növbəti mərhələlərdə “Azəriqaz” İstehsalat Birliyinin maliyyə imkanlarından asılı olaraq, bu kəndin qazlaşmasına baxılacaq. Ümumilikdə isə deyə bilərik ki, Zaqatala üzrə abonent sayına görə qazlaşma səviyyəsi 78 faiz təşkil edir.

“Azəriqaz” İstehsalat Birliyi 2021-ci ildən dövlət büdcəsindən qazlaşma ilə bağlı vəsait almır. Bu proseslər birliyin öz maddi vəasiti hesabına həyata keçirilir. Ümumilikdə ölkə üzrə qazlaşdırma səviyyəsi 96 faizin üzərindədir. Məqsədimiz daha geniş ərazini qazlaşdırmaqdır ki, “Azəriqaz” İstehsalat Birliyi olaraq da bu xidmətdən məmnunluq duyuruq.

Lakin bütün proseslər hamısı maliyyə vəsaitinə hesablanır. Bu baxımdan, növbəti mərhələdə sözügedən kəndin qazlaşması reallaşacaq”.

Aynurə MUSTAFAYEVA

Redaksiyamıza göndərilən video-müraciəti də təqdim edirik:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Dekabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri