Icma.az
close
up
RU
“Zarafat” adı altında təhlükə: Bıçaq, silah kimi əşyalar onlara “güc” və ya “cəsarət” simvolu kimi görünür

“Zarafat” adı altında təhlükə: Bıçaq, silah kimi əşyalar onlara “güc” və ya “cəsarət” simvolu kimi görünür

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Son günlər yeniyetmələr arasında təsadüfi zorakılıq, xüsusilə ölüm və ağır xəsarətlə nəticələnən hadisələrin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Bir neçə gün əvvəl bir qrup gəncin “zarafat” adı ilə bıçaqdan istifadə etməsi və bunun faciə ilə bitməsi problemin nə qədər təhlükəli olduğunu göstərir. Bu hadisələr sübut edir ki, yeniyetmələrin kriminal davranışa meyli təsadüfi deyil və həm psixoloji, həm sosial, həm ailə, həm də mədəni amillərlə bağlı ciddi məsələdir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq, Xəzər Universitetinin Psixologiya Departamentinin əməkdaşı Mirsadiq Muxtarov deyib.
O bildirib ki, yeniyetməlik insan inkişafında ən həssas dövrlərdən biridir:
“Bu mərhələdə emosional dəyişikliklər, kimlik axtarışı, qəbul olunmaq ehtiyacı və özünü sübut etmə istəyi davranışlarda kəskin fərqlər yarada bilər. Bu səbəbdən yeniyetmələr xarici təsirlərə, riskli davranış modellərinə və sosial mesajlara digər yaş qruplarından daha açıq olurlar. Qeyd etmək lazımdır ki, bu dövrdə beyin, xüsusilə qərarvermə və impulsların idarəsi ilə bağlı sahələr tam formalaşmır. Bu isə emosional, düşünülməmiş qərarlara gətirir. Bıçaq, silah kimi əşyalar isə onlara bəzən “güc” və ya “cəsarət” simvolu kimi görünür”.
Psixoloq deyib ki, son illərdə sosial şəbəkələrdə zorakılığı estetika kimi qələmə verən kontentlərin sayı artır:
“Yeniyetmələr orada “idol və ya rol model” kimi seçdikləri şəxsləri asanlıqla təqlid edirlər. Təəssüf ki, sosial mediada “küçə mədəniyyəti”, “kriminal qəhrəmanlıq”, “güclü görünmək” kimi anlayışlar normal və cazibədar göstərilir. Bu isə həm qızlarda, həm oğlanlarda aqressiv davranışı fərqli şəkildə qəbul etməyə səbəb olur.
Kriminal meyillilik çox vaxt emosional problemlərdən, diqqət çatışmazlığından və ailədə güvənli münasibətlərin olmamasından qaynaqlanır. Bəzən əsas səbəb elə ailə olur. Qayğı görməyən uşaq özünü təhlükəli mühitlərdə daha rahat hiss edir və orada qəbul olunduğunu düşünür. Bu isə kriminal davranışlara meyli artırır. Ailədə aqressiya və zorakılıq varsa, uşaq bunu davranış modeli kimi mənimsəyir. Yəni zorakılığın normal sayıldığı, aqressiyanın ünsiyyət vasitəsinə çevrildiyi və emosional ehtiyacların ödənmədiyi mühitdə böyüyən yeniyetmələr kriminal davranışlara daha çox maraq göstərirlər. Ailə modelləri də burada mühüm rol oynayır. Qaydaların və tələblərin daimi dəyişdiyi tutarsız ailələrdə böyüyən yeniyetmələr problemi zorakı davranışla həll etməyi seçə bilirlər”.
Onun sözlərinə görə, yeniyetmələrdə riskli davranış və kriminal meyillərin qarşısını almaq üçün çoxşaxəli profilaktik yanaşma lazımdır:
“İlk növbədə məktəb psixoloqlarının fəaliyyəti gücləndirilməli, onların həm fərdi psixoloji yardım göstərməsi, həm də risk qrupundakı şagirdlərlə mütəmadi işləməsi üçün şərait yaradılmalıdır. Psixoloji xidmətin əlçatanlığı problemli davranışların erkən aşkarı üçün vacibdir. Bununla yanaşı, polis orqanlarının yeniyetmələrlə maarifləndirici görüşləri davam etməli, bu görüşlər yalnız qanun izahı yox, real nümunələrlə təhlükəli davranışın nəticələrinin göstərilməsi üzərində qurulmalıdır. Məktəblərdə qaydaları pozan və çətin tərbiyə olunan şagirdlər üçün xüsusi müdaxilə proqramları tətbiq edilməlidir. Burada məqsəd tənbeh yox, davranışın psixoloji və sosial səbəblərini aşkar etmək olmalıdır. Eyni zamanda valideyn tərbiyəsindəki boşluqlar aradan qaldırılmalı, ailələr üçün maarifləndirici seminarlar və psixoloji dəstək proqramları təşkil edilməlidir.
Nəticə olaraq, yeniyetmələrin təhlükəsiz inkişafı üçün məktəb, ailə və hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti zəruridir. Unutmayaq ki, profilaktika yalnız cəza ilə deyil, uşağı anlayan, dəstəkləyən və təhlükəli davranışın səbəblərini vaxtında müəyyən edən yanaşma ilə effektiv olur. Bu istiqamətdə davamlı maarifləndirmə, psixoloji dəstək və sağlam nümunələrin gücləndirilməsi cəmiyyətin gələcəyi olan yeniyetmələrin qorunmasında əsas addımlardır”.
Qeyd edək ki, bir neçə gün öncə yeniyetmə dostunu zarafat etdiyini iddia edərək bıçaqlayıb, nəticədə dostu həyatını itirib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Noyabr 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri