Zaur Baxşəliyev: “Kişi kişiliyini, qadın da qadınlığını qoruyub saxlamalıdır” VİDEO
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişindəki dava ilə bağlı açıqlama verib.
Bizim.Media xəbər verir ki, Zaur verilişdə bu haqda söz açaraq bunları söyləyib:
“Məni tanıyan insanlar bilirlər ki, qışqırmaq, çığırmaq, səs tonumu qaldırmaq mənlik deyil.
Mən səs-küy adamı deyiləm. Nadir hallarda səsim yüksələ bilər. Ən sevmədiyim şey qadının səs tonunu qaldırmasıdır.
Xoşum gəlmir, qadını daha zərif görürəm. Onun addımı, baxışı kifayət etməlidir ki, səs tonunu qaldırmasından da daha yaxşı nəticə versin.
Bəzən insanlar elə həddə çatır ki, öz sərhəddindən çıxır. İllərlə yığılan emosiyalar, əsəb, gərginlik üzə çıxır. Bunları başa düşürəm. Hər halda qadın qadınlığını, kişi də kişiliyini qoruyub saxlamalıdır”.
Sara, Bizim.Media
Baxış sayı:103
Bu xəbər 14 Noyabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















