Zaur Əliyev: Avropa Üzgüçülük Federasiyası ilə gələcək əməkdaşlığı müzakirə etdik
Icma.az, Idman.biz saytına istinadən bildirir.
"Əsas məqsəd Azərbaycanda su idman növlərinin inkişafına nail olmaqdır”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) prezidenti Zaur Əliyev Bakı Su İdman Sarayında jurnalistlərə müsahibəsində deyib.
O, Avropa Üzgüçülük Federasiyasının prezidenti Antoniu Silvanın Bakıya gəlişi haqqında danışıb: “Avropa Üzgüçülük Federasiyası ilə gələcəkdə görə biləcəyimiz əməkdaşlıqları müzakirə etdik. Onlarla geniş və məhsuldar görüşümüz oldu. Bildiyiniz kimi, ölkəmizdə üzgüçülüyün 5 növü mövcuddur. Hər bir növlə bağlı ayrıca inkişaf planı hazırlamağı düşünürük. Hazırda əsas məqsədlərimizdən biri ölkəmizdə kütləviliyin artırılmasını təmin etməkdir. İnanıram ki, gələcəkdə uşaqların su idman növünə marağı daha da artacaq”.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 03 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















