Icma.az
close
up
RU
Zaur Həşimov: Yeni mövsüm üçün Zirə nin heyəti kasad görünür

Zaur Həşimov: Yeni mövsüm üçün Zirə nin heyəti kasad görünür

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov apasport.az saytına müsahibə verib.

- “Zirə” “Hayduk”la cavab görüşünə çıxacaq. Səncə, ilk oyundan sonra şanslar necədir, “Zirə”, yoxsa “Hayduk” daha şanslıdır?
-
Bakıdan heç-heçə ilə qayıtmaq “Hayduk”un xeyrinə olan nəticədir. Püşkdən sonra bu cütün favoriti “Hayduk” hesab edilirdi. Əslində, bu, indi də belədir. Ancaq mənim fikrimcə şanslar bərabərdir. Nə qədər çətin olsa da, “Zirə” Splitdə də evdəki kimi mübarizə apararsa, bu mərhələni adlaya bilərik. Xeyirlisi olsun.

- Ümumiyyətlə, ilk matçda gördüklərindən sonra “Zirə” haqda hansı fikirdəsən? Bakıdakı görüşdə “Zirə” sənə ümid verdi?
-
İlk görüşdə “Zirə” Brahim Konatenin zədələnməsinə qədər rəqibindən daha da inamlı görünürdü. Oyunboyu müdafiədə də qol epizodundan başqa, demək olar ki, “Zirə” futbolçuları səhvsiz çıxış etdilər. Düzdür, səfərə 2 ciddi itki ilə yollanmışıq. Bu oyunda Brahim və Anje Mutsinzi komandaya kömək edə bilməyəcək. Buna baxmayaraq, komandanın mərhələ adlayacağına ümid edirəm.

- “Hayduk” düşündüyün kimi güclüdür, yoxsa gözlədiyindən daha zəif çıxdı? Ümumiyyətlə, bu komandanın ən təhlükəli olduğu mövqe hansıdır?
- “Hayduk” yaxşı komandadır. Meydanda bütün oyunboyu nizamlı çıxış etdilər. Çox yaxşı, gənc futbolçuları var. Müdafiənin mərkəzində çıxış edən Marko Skelin, dayaq yarımmüdafiəçisi Şimun Hrqoviç və təcrübəli hücumçu Marko Livaya daha çox diqqətimi çəkdi. Məncə, ən təhlükəli futbolçuları isə elə kapitanları idi, Livaya.

- “Zirə”nin heyətində Splitə getməyənlər arasında Anje Mutsinzi və Brahim Konate də var. Vensan Till də zədə səbəbindən oynamırdı. “Zirə”nin hazırkı durumu daha da çətin görünür? Yeni transferlərin “Zirə”yə təsiri çox olacaq?
- Əlbəttə ki, Brahim, Mutsinzi və Till məlum səbəblərə görə Xorvatiyaya yollanmayıb. Eləcə də, Sumanın komandadan getməsi, Rafael Utziqin isə əvəzedici heyətə göndərilməsi.. Bütün hamısı böyük itkilərdir. Allah qoysa, hər şey yaxşı alınar. 

- "Zirə"nin "Hayduk" səddini keçdikdən sonra güclənməyə ehtiyacı var?
- Yəqin ki, hazırda da komanda transfer danışıqları aparır. Güclənməyə həmişə ehtiyacı duyulur. Yeni mövsüm üçün hazırkı heyət kasad görünür.

"Səbail"dən Mərakeş klubuna “Neftçi” Lüksemburq millisinin futbolçusunu transfer edib DÇ-2026: püşkatmanın vaxtı və məkanı məlum olub "Neftçi" UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək "Karvan" almaniyalı futbolçu ilə razılaşıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://apasport.az
archiveBu xəbər 30 İyul 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri