Icma.az
close
up
RU
Zaur İmrani: Kür Araz ovalığında yay aylarında isti günlərin təkrarlanması artıb

Zaur İmrani: Kür Araz ovalığında yay aylarında isti günlərin təkrarlanması artıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 may, AZƏRTAC

İqlim dəyişmələri ilə əlaqədar olaraq son illər atmosfer sirkulyasiyası tiplərinin təkrarlanmasına dair materiallar toplanıb, anomaliyalar və onların modul əmsalları Coğrafiya İnstitutunun əməkdaşları tərəfindən hesablanıb. Tədqiqatın sonunda müəyyən edilib ki, Kür-Araz ovalığında iqlimin istiləşməsi nəticəsində zonada yay aylarında çox isti günlərin təkrarlanması baza dövrünə nisbətən artıb. Belə günlərin orta çoxillik artımı Kürdəmirdə avqust ayında müşahidə edilib və 10,4 gündən 18,4 günədək artıb. Lakin Lənkəran ərazisində isti hava dalğaları müşahidə edilməyib. 1990-cı illərin sonundan başlayaraq Lənkəran vilayətində 5 isti dalğa hadisəsi baş verib. İqlim dəyişmələrinin Abşeron və ətraf arid ərazilərinə atmosferdən çökən toz fraksiyaları öyrənilib və müəyyən olunub ki, atmosferdən çökən toz fraksiyalarında anionların və kationların konsentrasiyası fona nisbətən 2,5-3 dəfə, sürətli küləkli vaxtda 4,5-5,0 dəfə çox olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani deyib. O, qeyd edib ki, “Azersky” və digər peyklərin məlumatları əsasında qlobal iqlim dəyişmələrinin Xəzər dənizinin hidrofiziki sahələrinə və sahillərin dinamikasına təsirinin tədqiqi və onun səviyyə tərəddüdləri öyrənilən zaman müasir innovativ metodlar və reanaliz məlumatları tətbiq olunaraq təhlillər aparılıb. Tədqiqatda əvvəlcə küləyin 1980-2004 və 2005-2023-cü illər üzrə zamana görə ortalaşdırılmış illik qiymətlərin akvatoriya üzrə paylanmaları xəritələri müqayisə (keyfiyyətcə) edilib. Bu dövrlər faktiki olaraq səviyyənin qalxdığı və monoton azaldığı periodlara uyğun gəlir. Xəritələr GIOVANNI portalında təqdim olunan prosedurlar əsasında qurulub. Nəticə olaraq, 1980-ci ildən 2023-cü ilədək bütün Xəzər dənizi akvatoriyası üzrə küləyin sürətində bu və ya digər dərəcədə artma tendensiyası qeydə alınsa da, daha nəzərəçarpacaq və statistik əhəmiyyətli artım, dənizdə daha böyük su və temperatur ehtiyatına malik olan ərazi cənub hissə olub. Bütün bunlar küləyin istiqamətində də baş verən dəyişikliklər nəzərə alınmaqla Xəzər dənizinin su balansının əsas elementlərindən olan səthdən buxarlanmanın intensivliyinə təsir edib. Son illərdə Xəzər dənizinin səthindən buxarlanmanın artması isə digər amillərlə yanaşı, dənizin səviyyəsində baş verən kəskin azalmanın səbəblərindən biri ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri