Icma.az
close
up
RU
Zaur İmrani: Coğrafiya İnstitutunda son illər aparılan tədqiqatlar işğaldan azad edilmiş ərazilərimiz ilə bağlıdır

Zaur İmrani: Coğrafiya İnstitutunda son illər aparılan tədqiqatlar işğaldan azad edilmiş ərazilərimiz ilə bağlıdır

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 may, AZƏRTAC

Coğrafiya İnstitutunda son illər elmin müxtəlif istiqamətləri üzrə tədqiqatlar aparılır. Bu tədqiqatlar əsas etibarilə işğaldan azad edilmiş ərazilərimiz ilə bağlıdır. Son 30 il ərzində elmi-tədqiqat işləri aparılmayan, lakin böyük elmi və iqtisadi potensiala malik olan qədim Azərbaycan torpaqları öz unikallığı və inkişaf perspektivliyi ilə seçilir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani deyib. O, qeyd edib ki, hazırda Coğrafiya İnstitutunda “Qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması” istiqamətində elmi-tədqiqat işləri aparılır. Bu tədqiqatlar “Qarabağ və Şərqi Zəngəzur regionlarının müasir təbii ekosistemlərinin inkişaf dinamikası, antropogen transformasiyası və təbii ehtiyat potensialının qiymətləndirilməsi, demoqrafik inkişafı və yenidən məskunlaşmasının prioritet istiqamətləri, turizm-rekreasiya ehtiyatları və inkişaf perspektivləri”nə həsr olunub. Bununla yanaşı, Coğrafiya İnstitutunda Abşeron və ətraf arid ərazilərin səhralaşması prosesi tədqiq edilib, coğrafi geosistem üçün deflyasiya, şorlaşma, bitki deqradasiyası, dehumifikasiya, texnogen (çirklənmə) kimi təbii, təbii-antropogen və antropogen səhralaşma tiplərinin səciyyəsi aparılıb və boz, boz-qonur və ibtidai boz torpaqlarda səhralaşma prosesinin gedişinə külək eroziyasının təsiri öyrənilib. Həmçinin dövlətin ekoloji təhlükəsizlik kimi strateji məqsədlərindən biri olan qoruyucu meşə zolaqları və digər süni yaşıllıqlar torpaq-ekoloji baxımdan qiymətləndirilib və onların ərazilərinin genişləndirilməsi imkanları tədqiq edilib. Xəzər dənizi ekosisteminin kompleks tədqiqi ilə bağlı müasir dövr üçün dənizin səviyyə dəyişmələri ilə sahil zonasında dinamiki proseslər arasında əlaqələr öyrənilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri