Icma.az
close
up
RU
Zaur İmrani: Coğrafiya İnstitutunun 80 illiyi Azərbaycanda bu elmin inkişaf salnaməsidir

Zaur İmrani: Coğrafiya İnstitutunun 80 illiyi Azərbaycanda bu elmin inkişaf salnaməsidir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 19 noyabr, Xatirə Cəfərova, AZƏRTAC

Bu il Azərbaycan coğrafiya elminin aparıcı tədqiqat məkanı olan Coğrafiya İnstitutunun 80 illik yubileyi qeyd olunur. Ölkəmizdə coğrafi fikir çoxəsrlik elmi ənənələrə malik olsa da, bu sahənin institusional əsaslarının formalaşması ötən əsrin əvvəllərinə təsadüf edir. 1925-ci ildə qəbul edilmiş “Respublikanın təbii ehtiyatlarının öyrənilməsi və rayonlaşdırılması haqqında” qərar coğrafi tədqiqatların dövlət səviyyəsində təşkili və vahid elmi mərkəzdə cəmlənməsi istiqamətində ilk mühüm addım olub. Bu qərarla yaradılan Coğrafiya sektoru əvvəlcə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin, 1937-ci ildən isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının tərkibində fəaliyyət göstərib, 1945-ci il mayın 1-də Azərbaycan Elmlər Akademiyasının nəzdində müstəqil Coğrafiya İnstitutu kimi formalaşıb. Bu gün institut Elm və Təhsil Nazirliyinin tərkibində ölkənin aktual elmi-praktik problemlərinə dair fundamental və tətbiqi tədqiqatlar aparan qabaqcıl mərkəzlərdən biridir. Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani AZƏRTAC-a müsahibəsində institutun 80 illik inkişaf yolunun Azərbaycan coğrafiya elmi üçün mühüm mərhələ olduğunu diqqətə çatdırıb, görülən işlər və qarşıda duran elmi-praktik hədəflər barədə ətraflı məlumat verib.

Zaur İmrani qeyd edib ki, hazırda Coğrafiya İnstitutunda qlobal iqlim dəyişmələri, meteoroloji proseslər, sinoptik hadisələr, su ehtiyatları və onların qiymətləndirilməsi, Xəzər dənizinin səviyyə tərəddüdləri, geomorfoloji və paleocoğrafi tədqiqatlar, sənayenin struktur fərqləri, kənd təsərrüfatının inkişaf dinamikası, nəqliyyat infrastrukturu, turizm-rekreasiya potensialı, demoqrafik vəziyyət, miqrasiya axınları, təbii fəlakətlərin intensivliyi, ekocoğrafi problemlər, tibbi coğrafi şərait və digər istiqamətlərdə elmi tədqiqatlar aparılır. Bunlarla yanaşı, Coğrafiya İnstitutu təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması, təbiətin mühafizəsinin təşkili, cəmiyyətin ekoloji maariflənməsi, istehsal sahələrinin səmərəli ərazi təşkili, ərazi-istehsal kompleksləri, sosial infrastruktur, turizm-rekreasiya işinin təşkili, investisiya cəlbediciliyi və inteqrasiya formaları, siyasi coğrafi problemlər və digər istiqamətlər üzrə layihələrdə iştirak edir.

Müsahibimiz qeyd edib ki, Coğrafiya İnstitutunun 80 illik fəaliyyəti dövründə bu elmi müəssisəyə Hadi Əliyev (1945-1948), Ənvər Şıxlinski (1948-1951), Əliabbas Mədətzadə (1951-1957), Qasım Gül (1957-1964), Saleh Rüstəmov (1964-1967), Həsən Əliyev (1967-1988), Budaq Budaqоv (1988-2012), Ramiz Məmmədov (2012-2021) rəhbərlik edib.

“Coğrafiya İnstitutunun yaranması ilə Azərbaycanda coğrafiya elminin bütün sahələrinin geniş inkişaf dövrü başlayıb. İlk illərdə əməkdaşların heç birinin elmi dərəcəsi olmasa da, artıq 1947-ci ildə institutda çalışan 20 nəfərdən 11-i elmlər namizədi elmi dərəcəsi adına layiq görülüb. Səksən ildən artıq zaman ərzində institut əməkdaşlarından 3-ü AMEA-nın həqiqi üzvü, 3-ü AMEA-nın müxbir üzvü, 39-u coğrafiya elmləri dоktоru, 204-ü coğrafiya üzrə fəlsəfə doktoru (elmlər namizədi) adına layiq görülüb. Bu müddət ərzində institutda 374 doktorant və dissertant təhsili alıb”, - deyə alim bildirib.

Z.İmrani əlavə edib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Соğrafiya İnstitutu öz fəaliyyətini əsasən iki mühüm elmi problem üzərində qurub: Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları; təbii ehtiyatların və onların ekосоğrafi xüsusiyyətlərinin tədqiqi, iqlim dəyişmələri fonunda aqroiqlim ehtiyatlarının qiymətləndirilməsi, istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-соğrafi problemləri, respublikanın konstruktiv və regional problemləri, səhralaşma prosesləri; Xəzər dənizinin səviyyə dəyişkənliyini törədən amillər və ekоlоji şəraitin tədqiqi.

Coğrafiya İnstitutunun 80 illik fəaliyyəti yalnız elmi nailiyyətlərlə deyil, həm də Azərbaycanın coğrafiya elminin formalaşması, inkişafı və yeni mərhələyə yüksəlməsi baxımından mühüm tarixi hadisədir. Bu yubiley institutun keçdiyi elmi yolun, qazandığı nailiyyətlərin və formalaşdırdığı elmi məktəblərin dəyərləndirilməsi üçün geniş imkan yaradır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri