Icma.az
close
up
RU
Zaur Mikayılov Tovuzdakı adamına milyonlar ayırır

Zaur Mikayılov Tovuzdakı adamına milyonlar ayırır

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Zaur Mikayılov Tovuzdakı adamına milyonlar ayırırTovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satınalınmasını üzrə 59.993,56 manat, maşın mexanizmlər (ekskovator, buldozer və s.) üçün ehtiyyat hissələrinin satınalınması üzrə isə 39.997,28 manat məbləğində satınalma müqaviləsini “AVTO TEXNİKA DETALİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Məlumat satınalmaların portalında 29.09.2025-ci ildə dərc edilib.

Bundan əlavə satınalmaların portalında 29.09.2025-ci ildə dərc edilmiş məlumata görə Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir gündə iki satınalma müqaviləsi də “ART-PROJE” MMC ilə bağlayıb. Subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satınalınması üzrə 124.521,27 manat dəyərində, nasos stansiyalarında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satınalınması üzrə 245.027 manat dəyərində.

Göründüyü kimi Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin adıçəkilən şirkətlərlə bir gün ərzində ümumi dəyəri beş yüz min manata yaxın dörd satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, bu Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi ilə sözügedən şirkətlər arasında ilk işbirliyi deyil və daha əvvəllər də bir neçə satınalma müqavilələri bağlayıblar.

Satınalmaların portalında dərc edilmiş məlumata görə Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir gündə, 19.08.2025-ci ildə də beş satınalma müqaviləsi bağlayıb. Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi Əlimərdanlı arxının PK 31+18-PK 41+18 (1000 pm) hissəsinin 2025-ci ildə beton üzlüyə alınması və üzərindəki qurğuların təmiri işi üzrə “SUTİKİNTİ-TƏMİR” MMC ilə 190.000 manat dəyərində.

Tovuz SMSİİ-nin 3 pilləli nasos stansiyasının diametri D=1220mm, L=1120 m olan təzyiqli metal boru xəttinin (PK 13+00÷PK24+20, başlanğıc 41.137685-45.593784; son 41.128417-45.597576) əsaslı təmiri üzrə HN CONSTRUCTİON″ QSC ilə 1.250.000 manat dəyərində. “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdur.

Avtomobil yolunun Zəyəmçay çayından mühafizə edən daş beton bəndin əsaslı təmiri (İsakənd kəndi ərazisundə 37-ci km 40.7510654; 45.6726906-40.7518263; 45.6732539 və 40-cı km-də 40.7467919;45.6696765-40.747810, 45.670895) üzrə ″SAR GROUP″ MMC 1.300.000 manat dəyərində.

Aşağı Quşçu kəndindi 03/61AQ reper nömrəli (E45° 41°1° 527″, N40° 57,29.971″), Əyyublu kəndi 03/150 reper nömrəli (E45° 49°17° 804″, N40° 56,9.330″), Əyyublu kəndi 03/35A reper nömrəli (E45° 49°4.530″, N40° 56,14.913″), Əyyublu kəndi 03/146 reper nömrəli (E 45° 49°22.868″, N 40° 56.9.33″), Alakol kəndi 03/91 reper nömrəli (E 45° 46°639″, N 40° 53.711″), Əyyublu kəndi 03/151 reper nömrəli (E 45° 49°57°.010″, N 40° 56°.5.213″) və Qovlar şəhərində yerləşən 03/288 reper nömrəli (E 45° 44°4°.514″, N 40° 59°.32.197″) 7 ədəd subartezian quyularının əsaslı təmiri üzrə ″CTC SERVİS″ MMC ilə 245.000 manat dəyərində.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdur.

Tikinti materiallarının satınalınması üzrə”CƏLALOĞLU TƏMIR TIKINTI TƏCHIZAT” MMC ilə 25.148,16 manat dəyərində.

Göründüyü kimi Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir gün ərzində ümumi dəyəri 3 010 148 manat dəyərində beş satınalma müqaviləsi də yuxarıda qeyd olunan şirkətlərlə bağlayıb. Bu satınalmaların təşkilini Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərini pozumaqla həyata keçirib. Belə ki, MMC-lərin heç birinin analoji işlərdə təcrübəsi,işçi qüvvəsi və digər uyğunluq göstəriciləri nəzərə alınmayıb ki, bu da tenderlərdə saxtakarlığa yol verildiyinə şübhələri artırır.

Qeyd edək ki, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanovdur. O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin kadrlarından hesab edilir. 2013-cü ildən üzü bu yana sözügedən quruma rəhbərlik edir. Daha əvvəl Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədri, sonradan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə rəhbərlik edən Zaur Mikayılov nədənsə Əhməd Əhmədzadənin bu kadrına hələ də vəzifə başında saxlayır. Bir çox rayonlarda Əhməd Əhmədzadənin kadrlarını vəzifədən çıxarmasına, dəyişməsinə baxmayaraq. Məlumatlara görə bu toxunulmazlığa səbəb həm də Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur.

Tovuz sakinlərinin mediada yayılan şikayətlərinə görə Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin işçiləri 1 ha əkin sahəsinin suvarılması üçün, imkanlı şəxslərdən 100 pul alırlar və günlərini kafedə yeyib –içməkdə

keçirirlər. İdarəyə rəhbərlik edən Nəsrəddin Aslanov isə əksər vaxtlarda iş başında tapılmır. Görünən odur ki, Nəsrəddin Aslanovun işçiləri su satıb kef edir, özünün isə başı tenderlərə ayrılan milyonlara qarışıb. Çünki, rayonda uzun illərdir baxımsız qalan subartezian quyularına da, beton bəndin əsaslı təmirinə də, nasos stansiyasının əsaslı təmirinə ayrılan milyonları bölüşdürəcək. Kimlərin arasında, özü yaxşı bilir.

Qeyd edək ki, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində belə korrupsiya halı ilk deyil. Hələ 2013-cü ildə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən keçmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tovuz rayon suvarma sistemləri idarəsinin vəzifəli şəxlərinin qanunsuz hərəkətləri barədə rayon sakininin müraciəti araşdırıldıqdan sonra müəyyən edilmişdi ki, Tovuz rayon suvarma sistemləri idarəsinin rəisi Namiq Əliyev öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar olunmuş özgə əmlakını talama məqsədilə, formal olaraq maşinist kimi rəsmiləşdirilmiş, faktiki olaraq isə həmin idarənin xəzinədarı vəzifəsini icra edən İman Məhərrəmovla qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək müvafiq əmrlə həmin idarədə işçi kimi rəsmiləşdirilmiş, lakin faktiki olaraq işləmədikləri halda 29 şəxsin adına 2011-2013-cü illərdə əmək haqqı kimi hesablanmış 75.0 min manat, habelə mükafat qaydasında hesablanmış 40.0 min manat olmaqla, ümumilikdə 115.0 min manat məbləğində pul vəsaitini həmin şəxslərin adına olan plastik kartlardan istifadə etməklə bankomatlardan çıxararaq mənimsəyiblər. N.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs, İ.Məhərrəmov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri