Icma.az
close
up
RU
Zaur Salmanlı: Balıq məhsullarının istehsalı kənd təsərrüfatı sahəsinə aid edilməlidir

Zaur Salmanlı: Balıq məhsullarının istehsalı kənd təsərrüfatı sahəsinə aid edilməlidir

Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda balıq məhsullarının qiymətləri son illər kəskin şəkildə artıb. Bu vəziyyət həm istehlakçılar, həm balıqçılıq sektoruna, həm də əahli arasında ciddi bir narahatlıq doğurur.

Mövzu ilə bağlı Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının sədri Zaur Salmanlı “Operativ Media”ya açıqlama verib.

O bildirib ki, Azərbaycanda balıqların qiymətinin kifayət qədər yüksək olması və balıq sektorunda bir çox problemin olmasının əsas səbəbi daxili istehsalın çox aşağı səviyyədə olmasıdır: “ Son 5 ildə "Nərə" cinsli balıqların istehsalı istisna olmaqla, əhalinin əsas istehlak etdiyi çəkikimilər, nohurçuluq, soyuq su balıqları və müxtəlif növ falerlərin istehsalı kəskin şəkildə azalmışdır. Ölkəmizdə hazırda balıq qiymətlərinin yüksək olmasının səbəbi məhz budur”.

Zaur Salmanlı istehsalın azlığının səbəbini bu sahənin hələ də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində qalması ilə əlaqələndirir:

“Balıq sahəsi az məhsul verdiyi üçün idxala üstünlük verilib. Təəssüf ki, ölkəmizdə balıqçılıq sahəsi hal-hazırda qənaətbəxş deyil. Bunun əsas səbəbi isə Azərbaycanda balıq məhsullarının istehsalının hələ də kənd təsərrüfatı sahəsinə aid edilməməsidir. Uzun illərdir bu sahə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində qalır. Nəticədə isə balıqçılıq sahəsi dövlət dəstəyindən uzaq qalıb. Dövlət dəstəyindən uzaq qalmış sahədə istehsal olunan məhsullar idxal olunan məhsullarla heç bir şəkildə rəqabət apara bilməz. Kürün səviyyəsinin azalması bu çayda yaşayan balıqların artımına ciddi ziyan vurub. Amma eyni zamanda, son illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "yarıtmaz" balıq artırma siyasəti aparılır. Bu gün isə bu addımlar öz nəticələrini acı şəkildə göstərir. Bizim ənənəvi ovlanan kütüm, xəşəm, sıf, boqla kimi balıqlar belə hazırda bazarlarda tapılmır. Bazarda olan bu növ balıqlar idxal olunan balıqlardır. Halbuki bu balıqlar uzun illər ölkəmizin öz məhsulu olub. Bəlkə də qısa zamanda bu balıqların qorunma altına alınmasına zərurət yaranacaq”.

Sədr ölkəmizə idxal olunan balıq növlərini açıqlayıb:

“Ölkəmizə hazırda müxtəlif ölkələrdən balıqlar gəlir. Soyuq su balıqları, məsələn, "Atlantik qızıl balığı", Norveç, Çili və Şotlandiyadan idxal olunur. Olduqca bahalı balıqlardır. Əlvan fələrin 99 faizi demək olar ki, İran İslam Respublikasından ölkəmizə idxal olunur. Bu idxal, demək olar ki, soyuq su balıqlarının ölkəmizdəki istehsalını sıfıra endirib. Nərə cinsi balıqlarda da hazırda ciddi problemlər var. Bazara hazırda Çindən olan aşağı keyfiyyətli məhsullar idxal olunur. Nə qədər təəccüblü görünsə də, hazırda ölkəmizə Polşadan, Almaniyadan və İtaliyadan Nərə cinsli balıqlar idxal olunur. Azərbaycanda ənənəvi olan və ölkəmizin brendi sayılan qara kürünün 90 faizi isə Çindən idxal olunur. Çəkikimilər qəbiləsinə aid olan balıqlar isə Rusiyadan idxal olunur.

Ölkədə olan balıq məhsullarının bəzilərinin qiyməti isə aşağıdakı kimdiir:

1

Kütüm

12 AZN

2

Kefal  

10 AZN

3

Farel

16 AZN

4

Qızıl

38 AZN

5

Salmon

49AZN

6

Nərə

60 AZN

7

Boqla

10-12 AZN

8

Xəşəm

12-20 AZN

Hazırda bazarda balıq m

Dövlət Sitatistika komitəsinin bu ilin 8 ayında ölkəyə idxal edilən balıq məhsullarının siyahısını təqdim edirik:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 28 Noyabr 2024 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri