Zaurun ailəsi ölkədən birdəfəlik köçü yenidən gündəmə gəldi ATV bəyanat yaymışdı
Icma.az, Olke.az saytına istinadən bildirir.
Bu gün tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyevin ailəsi ilə birgə ölkədən gedəcəyi ilə bağlı yenidən məlumat yayılıb.
Ölkə.Az xəbər verir ki, məqalədə telekanalın məsul vəzifə tutan şəxsinə istinad edilir.
Onun sözlərinə görə, aparıcı yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq.
Lakin sözügedən xəbər mətni ötən ilin yanvar ayına aiddir. Belə ki, həmin informasiyadan sonra ATV rəsmi bəyanat yayaraq məsələyə münasibə bildirib.
Telekanal bu xəbərin yanlış olduğunu və özünü məsul şəxs kimi təqdim edənin dələduzluq etdiyini bildirib.
"Zaur Baxşəliyev ATV telekanalında 20 ildən çoxdur ki, müvəffəqiyyətlə çalışır və yüksək istedadı, savadı, televiziya təcrübəsi, əmək intizamı ilə seçilir. Onu tanıyanlar bilirlər ki, yayım fəaliyyəti ilə bağlı hər hansı dəyişiklik barədə o, ilk növbədə öz kollektivi, həmkarları və telekanalın rəhbərliyi ilə bölüşər. Zaur və Günay Baxşəliyevlər uzun illərdir ki, geniş tamaşaçı auditoriyasını maraqlı, aktual və sevilən verilişlərlə sevindirirlər. Onlar daim öz verilişlərini təkmilləşdirir və zənginləşdirir, həmkarları ilə yeni maraqlı ideyaları bölüşürlər", - deyə bəyənatda qeyd edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 15 May 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















