Zaxarova: Aİ Rusiyadakı həqiqətləri gizlətmək üçün dəhşətli siyasət yürüdür
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Rusiyadakı həyat barədə həqiqətləri gizlətmək siyasətini “dəhşətli” adlandırıb.
Bakıvaxtı.az bu barədə TASS-a istinadla xəbər verir.
Onun sözlərinə görə, Aİ ölkələrinin rəhbərləri seçdikləri rusofob kursu davam etdirmək üçün bütün imkanlardan istifadə edirlər.
Zaxarova bildirib ki, Qərb öz vətəndaşlarını Rusiyanın niyə pis olduğunu izah etməklə “yedizdirməyə” davam edir.
Diplomat əlavə edib ki, Avropa ölkələri vətəndaşlarının Rusiyadakı real vəziyyəti öz gözləri ilə görməməsi üçün sərhədləri bağlamağa başlayıblar.
O, hətta Aİ rəhbərlərinin “Rusiyaya gedən öz vətəndaşlarının gözlərini çıxarmağa hazır olduqlarını” vurğulayıb.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 11 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















