Zaxarova canlı yayımda ona gələn zəngdən danışdı
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Canlı brifinq zamanı aldığım zəng şərhlərdən birinin mövzusunu ekspertlərlə aydınlaşdırmaqla bağlı idi.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə ona gələn qəribə zənglə bağlı TASS-a açıqlammasında deyib.
“Brifinqdən əvvəl internetdəki ziddiyyətli materiallarla bağlı suallar oldu. Mütəxəssislərdən bunun mövzumuz olub-olmadığını soruşdum. Cavab brifinq zamanı gəldi ki, Xarici İşlər Nazirliyi bu məsələni şərh etmir. Yəni ortada heç bir intriqa yoxdur”, - Zaxarova bildirib.
Qeyd edək ki, bu gün canlı brifinq zamanı Rusiya XİN-in sözçüsü Mariya Zaxarovaya qəribə zəng gəlib. Ona bildirilib ki, Rusiyanın Ukraynaya qarşı qitələrarası ballistik raketdən istifadə etməsi ilə bağlı məlumatı şərh etməsin.
Baxış sayı:102
Bu xəbər 21 Noyabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















