Zaxarova Trampın seçkidəki qələbəsini şərh etdi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-də keçirilən prezident seçkisində Donald Trampın qələbəsini şərh edib.
Oxu.Az-ın xəbərinə görə, M.Zaxarova bu barədə öz "Telegram" kanalında paylaşım edib.
"Yadlara nifrətlə deyil, öz ölkəsinə məhəbbətlə yaşayanlar qalib gəlirlər", - deyə o, paylaşımda bildirib.
Rusiya KİV-in xəbərinə görə, Mariya Zaxarova, həmçinin, qeyd edib ki, respublikaçı Donald Trampın seçkidə qalib gəldikdən sonra münaqişələrə son qoymağın zəruriliyi ilə bağlı bəyanatı müvafiq sözlərdən sonra konkret addımların atılmasını nəzərdə tutur.
Xatırladaq ki, qələbəsi ilə bağlı yayılan xəbərlər fonunda Tramp bəyan edib ki, müharibələrə başlamaq niyyətində deyil.
Baxış sayı:95
Bu xəbər 06 Noyabr 2024 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















