Icma.az
close
up
RU
Zəfər Günü yalnız hərbi Qələbənin deyil, dövlətin hüquqi və siyasi suverenliyinin tam bərpasının simvoludur ŞƏRH

Zəfər Günü yalnız hərbi Qələbənin deyil, dövlətin hüquqi və siyasi suverenliyinin tam bərpasının simvoludur ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 noyabr, AZƏRTAC

Zəfər Günü Azərbaycan tarixində yalnız hərbi Qələbənin deyil, dövlətin hüquqi və siyasi suverenliyinin tam bərpasının simvoludur. Bu gün 1918-ci il may 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası ilə eyni tarixi silsilənin davamıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hüquqşünas, siyasi təhlilçi Polad Mehdiyev deyib.

O qeyd edib ki, əgər 1918-ci il xalqımızın ilk müstəqil dövlət qurmaq iradəsini, 1991-ci il isə siyasi müstəqilliyimizin beynəlxalq səviyyədə tanınmasını ifadə edirsə, 2020-ci il bu müstəqilliyin ərazi bütövlüyü və suverenlik çərçivəsində reallaşmasının simvoluna çevrilib. Beləliklə, 2020-ci il noyabrın 8-i Azərbaycan dövlətçiliyinin ən möhkəm mərhələsinin, yəni suveren hüququn faktiki təmin olunduğu mərhələnin başlanğıcıdır.

“Bu tarix göstərib ki, müasir Azərbaycan dövləti sadəcə tarixi varislik yox, real hüquqi və siyasi legitimlik üzərində qurulan sistemdir. Həmçinin dövlətin təməl prinsiplərini – müstəqillik, ərazi bütövlüyü, suverenlik və xalq iradəsini birləşdirən milli konsepsiyanın, beynəlxalq hüququn norma və prinsiplərinin real tətbiqinin təntənəsidir. Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunan “özünümüdafiə hüququ” əsasında silahlı qüvvələrdən istifadə edərək öz ərazi bütövlüyünü bərpa edib. Yəni bu, beynəlxalq hüquq baxımından legitim güc tətbiqi presedenti kimi tarixə düşüb”, - deyə siyasi şərhçi vurğulayıb.

P.Mehdiyev bu parlaq Zəfərin beynəlxalq hüquq tarixində mühüm presedent yaratdığına diqqət çəkib: “Qələbəmiz nəticəsində Birləşmiş Millətlər Təşkilatının 822, 853, 874 və 884 nömrəli dörd qətnaməsi ilk dəfə olaraq praktik şəkildə icra olunub. Azərbaycanın konstitusion sərhədləri və dövlət hakimiyyətinin vahidliyi tam təmin edilib. Ərazi üzərində suveren hüququn faktiki bərpası isə beynəlxalq hüquqda tanınan “ərazi bütövlüyü” (territorial integrity) prinsipinin real həyata keçirilməsi kimi tarixə düşüb. Bu baxımdan, Zəfər Günü yalnız hərbi-siyasi hadisə deyil, həm də dövlətin beynəlxalq hüquq subyektliyinin tam reallaşma mərhələsidir. Azərbaycanın beynəlxalq sistemdə mövqeyi güclənib, dövlət suverenliyi hüquqi və siyasi müstəvidə tam təsdiq olunub.

Zəfərin əsasında isə milli iradə ilə siyasi liderliyin vəhdəti amili dayanır. Prezident İlham Əliyevin strateji uzaqgörənliyi, prinsipial diplomatiyası və hüquqi legitimliyə əsaslanan idarəçilik modeli nəticəsində Azərbaycan 30 illik işğalın hüquqi-siyasi nəticələrini təkbaşına aradan qaldırıb. 44 günlük Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan həm hərbi əməliyyatların koordinasiyasını təmin edib, həm də dövlət xadimi və diplomat kimi beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqini bacarıqla həyata keçirib. Prezidentin “biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik” ifadəsi bu Zəfərin mahiyyətini ən dolğun şəkildə əks etdirir. Bu sözlər həm xalqın qətiyyətini, həm də dövlətin legitim mövqeyini simvolizə edir”.

Siyasi şərhçi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın torpaqlarını azad etməsi ilə yanaşı, bunun eyni zamanda Cənubi Qafqazda yeni hüquqi-siyasi reallıq formalaşdırdığını vurğulayıb: “Bu reallıq gücə deyil, ədalətə və beynəlxalq hüququn üstünlüyünə əsaslanan post-konflikt sülh modelidir. Beləliklə, beş il sonra, Zəfər Günü artıq yalnız xatirə və qürur günü deyil, həm də yeni inkişaf mərhələsinin ideoloji dayağıdır. Azərbaycan bu gün sülh yaradan, regional təhlükəsizliyi təmin edən, beynəlxalq hüququ praktik səviyyədə tətbiq edən bir dövlətdir. Zəfər Günü sübut edib ki, xalqla dövlətin birliyi, milli hüquqa və beynəlxalq legitimliyə sadiqlik Azərbaycanı XXI əsrin regional liderinə çevirib. Prezident İlham Əliyevin liderliyi ilə formalaşan müasir dövlətçilik modeli bu gün regionda ədalətin, hüququn və inkişafın simvolu kimi qəbul olunur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri