Icma.az
close
up
RU
Zəfər Parkının açılışı xalqımıza Qələbəmizin sevincini bir daha yaşatdı

Zəfər Parkının açılışı xalqımıza Qələbəmizin sevincini bir daha yaşatdı

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Etibar Hacıyev,

YAP Ağstafa rayon təşkilatının sədri

8 Noyabr - Zəfər Günü ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdirib. Qələbə nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirilib, xalqımızın qəddi düz, başı uca olub, qürurumuz özümüzə qaytarılıb. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qalıblar.

Bakıda yaradılmış Zəfər Parkı Vətən müharibəsində qazanılan tarixi qələbəni tərənnüm edir. Bu möhtəşəm abidə Zəfər Gününü və xalqımızın sarsılmaz birliyini təcəssüm etdirir. Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və oğulları Heydər Əliyevin noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etmələri, dövlətimizin başçısının bu məkandan Azərbaycan xalqını, Silahlı Qüvvələrimizi milli qürur, iftixar mənbəyimiz olan şanlı Zəfər Günü münasibətilə təbrik etməsi sevincimizi qat-qat artırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və hazırkı postmünaqişə dövrünün reallıqlarına diqqəti yönəldərək bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz, parlaq Qələbəmizdir. Həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gündə Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli getdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdik. Qırx dörd gündə şəhərlərimizin, kəndlərimizin azad edilməsi ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirdi.

Gənclərimizin zəngin tariximizin hər bir səhifəsini öyrənmələri, vətənpərvərlik ruhunda tərbiyə olunmaları bugünümüzün əsas çağırışları sırasındadır. Azərbaycan gənci bunu 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı qəhrəmanlıq dastanı ilə nümayiş etdirdi. Vətən, torpaq sevgisi bizi böyük Qələbəyə qovuşduran əsas amil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev sözügedən çıxışında diqqəti bir daha bu reallıqlara yönəltdi. Bildirdi ki, indi təcavüzkar dövlətin  bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal, dağıntılar, vəhşilik, Xocalı soyqırımı, məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi olmayıb. Yəni, bunu dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır. Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Necə ki, biz Qarabağı 30 il ərzində unutmamışdıq, 30 il ərzində xalqımız bir nöqtəyə vuraraq bu Qələbəni yaxınlaşdırırdı. Bundan sonra da bu tarixi yaddaş heç vaxt yadımızdan çıxmamalıdır.

Zəfər parkı Azərbaycan xalqının milli ruhunu, birlik və vətənpərvərlik hissini gücləndirir. Zəfər Parkı həm də bir növ Azərbaycan xalqının qələbə rəmzidir. Burada, müharibədə şəhid olanların xatirəsi yad edilir və onların qəhrəmanlığı bu park vasitəsilə unudulmaz hala gəlir. Zəfər parkı qəhrəmanları daim özündə yaşadacaqdır. Eyni zamanda park qəhrəmanların, cəsurların məskəninə çevriləcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri