Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

“Zəfər Parkının əsas uğurlarından biri…” Mütəxəssis rəyi və vətəndaşların mövqeyi REPORTAJ

“Zəfər Parkının əsas uğurlarından biri…” Mütəxəssis rəyi və vətəndaşların mövqeyi REPORTAJ

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Bir neçə gün öncə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınmış Zəfər Parkının açılışı oldu.

Parkın açılışında Prezident İlham Əliyev iştirak etdi.

Ərazisi 10 hektara yaxın olan Zəfər parkının girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Eyni zamanda, parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə də ucaldılıb və parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.

Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm edən memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.

Şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə, həmçinin, parkın ərazisində Zəfər muzeyi də yaradılır.

Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, memar Cahid Həsənov Gununsesi.info-ya açıqlamasında bildirib ki, Zəfər Parkının layihəsi ictimaiyyətə təqdim olunduğu andan sevinc və qürur mənbəyidir.

“Şəhərsalma memarı kimi deyə bilərəm ki, Zəfər Parkının əsas uğurlarından biri də parkın salınmasının doğru məkanda seçilməsidir. Xəzər dənizinin sahilində və axın olan istiqamətdə, eyni zamanda, görünüş baxımından müxtəlif rakuslardan özünü göstərə biləcək bir formadır. Zəfər Parkının girişində inşa olunmuş Zəfər Tağı özü də yenilikdir. Dünyanın bir çox ölkələrində inşa olunan tağlar standart, ənənəvi və klasik şəkildədir. Bakı şəhərində isə inşa edilən Zəfər Tağı tam bir fərqliliyi ilə seçildi. Heydər Əliyev Mərkəzi, Xalçaçılıq Muzeyi, Üç Alov qülləsi kimi tanıdığımız bina və digərləri kimi bu sahədə də yeni bir üslubda olması, sanki onlarla quş uçuşu zolağından baxdıqda bir harmoniya yaradır.

Bir memar kimi, istərdim ki, parkın içində müharibənin xronikasını göstərən irihəcmli bir monitor olsun. Modern dünyamızda yeniyetmələr, məktəblilər, gənclər, hətta bağca uşaqları belə ora gələndə xroniki müharibənin gedişatını görə bilsinlər. Prezident İlham Əliyevin bütün royonlardakı çıxışları o ekranlarda görünsə çox gözəl olar. Düşünürəm ki, bu da zamanla həyata keçiriləcək”, – deyə Cahid Həsənov bildirib.

C.Həsənov qeyd edib ki, müharibənin ilkin günlərində memarlar bir yerə toplaşaraq, hazır layihələr əsasında Prezidentə bu kimi parkların salınması ilə bağlı məktub ünvanlayıblar.

Memar onu da vurğulayıb ki, Zəfər parklarında sovetlərdən qalan ənənəvi, sıxıcı, ağlamalı, yaralı və ölmüş əsgər heykəllərinə ehtiyac yoxdur:

“Bundan sonrakı dövrdə də, regionlarımızda da, Qarabağda da inşa olunacaq Zəfər parklarında təmtaraq hiss olunmalıdır. Xeyrin şərə qalib gəlməsi tərənnüm olunmalıdır. Onu da qeyd edim ki, Qarabağ bölgəsi üçün hazırladığım Zəfər parkları ilə bağlı layihələrim var və onları təqdim etmişəm. Zəfər parkları ildə bir dəfə ağlamaq, acını əks etdirmək üçün ziyarət edilməməlidir. İnsanların gündəlik gəzinti yerinə çevrilməlidir. Bir daha qeyd edirəm, məktəblilərin, tələbələrin, gənclərin, yeniyətmələrin tədbirlər keçirilmə məkanı olmalıdır. Bu yerlərdə bizim qazilərimizlə, milli qəhrəmanlarımızla imza günləri keçirilməlidir”.

Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkında tikinti işləri davam etsə də, ətrafda və kənarda yaşayan vətəndaşlar parkı ziyarət edirlər.

Gununsesi.info-nun əməkdaşı yeni açılan Zəfər parkını ziyarət edən vətəndaşların təəssüratını öyrənib.

Ailəsi ilə birgə Zəfər Parkına ziyarətə gələn Vətən Müharibəsi iştirakçısı, qazi Nəsir Zeyniyev Zəfər Parkının şəhidlərimizin ruhuna ithafən inşa olunduğunu deyib:

https://www.gununsesi.info/wp-content/uploads/2024/11/document_5303550501864889377.mp4

Şəhid qızı Aysel Zeyniyeva Zəfər Parkını ziyarət etdiyi üçün fəxr etdiyini bildirib:

https://www.gununsesi.info/wp-content/uploads/2024/11/InShot_20241112_134836557.mp4

Zəfər Parkına ziyarətə gələn həmsöhbətimiz bu, parka gələndə böyük qürur və sevinc hissi keçirdiyini vurğulayıb:

https://www.gununsesi.info/wp-content/uploads/2024/11/document_5303550501864889427.mp4

İllərdir həsrətini çəkdiyimiz Zəfər ordumuzun qəhrəmanlığı sayəsində əldə olundu.

Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğradaraq gücünü və əzmini bütün dünyaya göstərdi.

Bu qələbədə hər bir əsgərin, hər bir zabitin payı var.

Xalqın qələbə rəmzini özündə əks etdirən Zəfər parkı qəhrəmanları daima özündə yaşadacaqdır.

Şəbnəm Rəhimova 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 12 Noyabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see167

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see163

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see153

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see152

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri