Icma.az
close
up
RU
“Zəfər” peykimiz orbitdə!

“Zəfər” peykimiz orbitdə!

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətənpərvərlik ruhu və texnoloji marağı birləşdirən layihə

Azərbaycanın tarixində ilk dəfə “Azərbaycanın Zəfəri” adlı məktəbli peyki orbitə çıxarılıb. Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsi çərçivəsində 7-9-cu sinif şagirdləri tərəfindən hazırlanan bu kiçik ölçülü - “PocketQube” tipli peyk artıq kosmosdadır. Qürurverici layihə ölkənin təhsil və innovasiya ekosistemində tarixi dönüş nöqtəsi hesab olunur.

Azərbaycanın 41 məktəbindən 672 şagirdin iştirak etdiyi proqram regionda məktəblilər arasında həyata keçirilən ən geniş kosmik təşəbbüslərdən biri kimi qeyd olunur. Peykimiz orbitdə baza sınaqlarını həyata keçirəcək, telemetriya məlumatları toplayacaq və şagirdlərə buraxılışdan sonra da peyk əməliyyatları üzərində real təcrübə əldə etmək imkanı verəcək. Bu buraxılış Azərkosmosun yerli istedadların inkişafına, gənclərin innovativ təşəbbüslərinə və dayanıqlı milli kosmik ekosistemin qurulmasına yönəlmiş fəaliyyətinin növbəti mərhələsini təşkil edir.

“Falcon 9” raketi tərəfindən buraxılıb

“Azərkosmos” nəzdindəki KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov peykin buraxılmasına həsr edilmiş brifinqdə bildirib ki, “Azərbaycanın Zəfəri” adlı peyki orbitə “SpaceX” şirkətinin “Falcon 9” raketi buraxıb. Onun sözlərinə görə, “PocketQube” tipli, ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir: “ “PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur”.

Gələcəyimiz üçün mühüm sərmayə

“Azərkosmos” İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bildirib ki, məktəblilərin hazırladıqları “Zəfər” peykinin orbitə buraxılması ölkənin gələcəyinə edilən mühüm sərmayədir. O qeyd edib ki, şagirdlərə real kosmik avadanlığı dizayn edib sınaqdan keçirmək və orbitə göndərmək imkanı yaratmaqla Agentlik gələcəyin kosmik mütəxəssislərini yetişdirir: “Bu məktəbli layihəsi ölkəmizdə artıq 15 ildir ki, formalaşmış müasir kosmik ekosistemin bəhrəsidir. Bu gün bizim məktəblilər kosmosa yalnız peyk deyil, öz arzularını da göndərdilər. Bu uğur Azərbaycanın təhsil sahəsinə edilən investisiyanın real texnoloji nəticələrə çevrildiyini göstərir.

O qeyd edib ki, “Zəfər” peykini 297 nömrəli məktəbin şagirdləri hazırlayıb: “Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi dəyərləndirilir”.

Təxminən bir il orbitdə olacaq

D.Bədirxanov bildirib ki, “Zəfər” peyki təxminən bir il müddətində orbitdə olacaq və əşyaların IoT istiqamətində xidmətlər göstərəcək: “Həmin müddət ərzində davamlı olaraq peykdən məlumatlar alınaraq təhsil sahəsində tətbiq ediləcək. Bildiyiniz kimi, IoT sahəsi ümumilikdə texnologiyalarda çox yenidir. Belə ki, çox kiçik, güclü, faydalı yüklər vasitəsilə çox böyük bir məlumatlar dünyanın hər yerindən əldə edilə bilər. Bu, peyklər yerləşdiyi 500 kilometr hündürlükdə daimi dövr edərək dünyanın hər yerini gəzə biləcək və orada yerləşdirilmiş IoT sensorlardan məlumatları toplaya biləcək”.

“Texnologiya liderlərini yetişdirməyə davam edəcəyik”

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov bildirib ki, layihənin “Azərbaycanın Zəfəri” adlandırılması təsadüfi deyil: “Peyk Vətən müharibəsində qazanılan şanlı Zəfərdən ilhamlanaraq hazırlanıb və məktəblilərin vətənpərvərlik ruhunu, yaradıcılıq potensialını və texnologiyaya marağını artıran mühüm təşəbbüsdür.

Azərbaycan məktəblərinin iştirakı ilə reallaşdırılan bu təşəbbüs regionda ən geniş texniki-innovasiya proqramlarından biri hesab olunur. Bu layihə gənclərin gələcəkdə kosmik texnologiyalar, mühəndislik və proqramlaşdırma sahələrində bilik və bacarıqlarının inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, belə layihələr gənclərimizin Azərbaycan kosmik texnologiyalarının inkişafında iştirakını genişləndirir və onların gələcək innovasiya layihələrində mühüm rol oynayacağına əminlik yaradır. Azərbaycan gəncləri artıq bu böyük dəyişikliklərin bir parçasıdır və biz texnologiya liderlərinin yetişdirilməsi istiqamətində işi davam etdirəcəyik”.

Məktəblilərimizin möhtəşəm layihəsi barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən İKT üzrə mütəxəssis Pərvin Əsədov bildirib ki, orta məktəblərin müasir texnoloji avadanlıqlarla təmin edilməsi istiqamətində atılan addımlar şagirdlərin gələcək uğurlarında mühüm rol oynayır: “Kosmik yeniliklərlə bağlı seminarlar, təlim proqramları və layihələr vasitəsilə şagirdlər kiçik yaşlarından müasir texnologiyaların necə işlədiyini öyrənirlər. Bundan başqa, onlar bu sahədə gələcək karyeralarını qurmağa təşviq olunurlar.

“Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın bu kimi təşəbbüsləri azərbaycanlı məktəblilərin kosmos, rəqəmsallaşma, innovasiya sahəsində bilik və bacarıqlarını artırmaqla yanaşı, Azərbaycanda insan kapitalının inkişafına zəmin yaradır. Məktəblilərimizin bu uğuru Azərbaycanın təhsil sahəsinə edilən investisiyanın real texnoloji nəticələrə çevrildiyini göstərir “Zəfər” peykinin buraxılması gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisədir”.

Yeganə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri