Zəfər tariximizə ehtiram Qəhrəmanlıq və milli yaddaş FOTO
Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
8 Noyabr – Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının təşkilatçılığı ilə silsilə anım və vətənpərvərlik tədbirləri keçirilib.
Tədbir çərçivəsində ilk olaraq YAP Nəsimi rayon təşkilatının aparatının əməkdaşları, ərazi partiya təşkilatlarının (ƏPT) sədrləri və fəallar 44 metrlik Zəfər abidəsinin yerləşdiyi Hərbi Memorial Kompleksi ziyarət ediblər. İştirakçılar Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.
Daha sonra YAP Nəsimi rayon təşkilatının aparatının əməkdaşları, fəalları və rayonun şəhid ailələrinin üzvləri Zəfər Muzeyini ziyarət ediblər. Muzeydə nümayiş etdirilən eksponatlar, tarixi materiallar və multimedia təqdimatları vasitəsilə Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbənin hərbi, siyasi və mənəvi əhəmiyyəti bir daha diqqətə çatdırılıb.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən şanlı səhifələrdən biridir. Bu tarixi Qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, qəhrəman hərbçilərimizin misilsiz şücaəti və xalqımızın sarsılmaz birliyi nəticəsində əldə olunub. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmaqla yanaşı, milli iradənin, dövlətə sədaqətin və vətənpərvərlik ruhunun təntənəsinə çevrilib. 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyini həll edən mühüm tarixi hadisə kimi Zəfər Gününün əsas rəmzinə çevrilib. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin, milli həmrəyliyinin və güclü dövlətçilik siyasətinin təntənəsidir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyin tam bərpası isə tarixi Zəfərimizin məntiqi yekunu olub. Bu gün azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması, Böyük Qayıdış proqramının həyata keçirilməsi Zəfərin yalnız hərbi deyil, həm də sosial-iqtisadi və humanitar nəticələrini nümayiş etdirir. Zəfər Günü şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, qazilərimizin qəhrəmanlığının, milli birliyimizin və gələcək nəsillərə ötürüləcək əbədi qürur tariximizin ifadəsidir.
Muzey ziyarətindən sonra iştirakçılar 2026-cı ildə ekranlaşdırılmış “44” tammetrajlı bədii müharibə dramı filmini izləyiblər. Film vasitəsilə Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, Azərbaycan əsgərinin döyüş əzmi, Vətən sevgisi və torpaqlarımızın azadlığı uğrunda göstərilən fədakarlıq bir daha xatırlanıb.
Şəhid ailələrinin də iştirak etdiyi tədbirlər silsiləsi şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların ailələrinə ehtiram və diqqətin ifadə olunması, Vətən müharibəsinin tarixi həqiqətlərinin gənc nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
YAP Nəsimi rayon təşkilatı bundan sonra da milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik ideologiyasının və Zəfər tariximizin təbliği istiqamətində fəaliyyətini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 06 Noyabr 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















