Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

“Zəfər turu” qütbləşməni bir qədər də dərinləşdirdi

“Zəfər turu” qütbləşməni bir qədər də dərinləşdirdi

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Premyer-liqada mövsümün üçdəbiri arxada qaldı.

Mənə elə gəlir ki, artıq müəyyən ilkin nəticələri dilə gətirmək vaxtıdı. Turnir cədvəlinə baxanda hansı komandaların sona qədər elitada yerini qorumağa çalışacağı açıq-aydın görünür. Qış fasiləsində Mbappe, Dembele səviyyəsində futbolçu transfer etməsələr, hansısa qeyri-adi hadisə baş verməsə, “Qəbələ”, “Karvan-Yevlax” və “Qəbələ”nin qalan 22 turda hansı hədəf uğrunda oynayacağı bəllidi. Əlbəttə, futbol ictimaiyyətini maraqlandıran daha vacib suallar var.
Şəxsən mən ilk 6 pillədə qərarlaşan komandaları avrokuboklara vəsiqə uğrunda mübarizədə daha şanslı görürəm. Nə yazıq ki, “Neftçi” ardıcıl 3-cü dəfə avrokuboklardan kənar qalmaq təhlükəsi ilə yaşayır. Və hadisələrin belə axarına görə suçlanası birinci adam Samir Abasovdu!
Turun ilk iki oyununda “Şamaxı” və “Sumqayıt” qələbə qazandı. Jorj Kaşkilyanın şən, baxımlı futbolu bir yerə qədərdi. Təbii ki, bu liqada portuqaliyalı mütəxəssisi “oxuya bilən” məşqçilər var. Ayxan Abbasov asta-asta, usta-usta 3 xalı alıb cibinə qoydu. “İmişli” indi, sadəcə, daha ciddi qiymətləndirilməyin fəsadlarını yaşayır. “Qəbələ”ni isə yüksək qiymətləndirməyə dəyməz. Bu ölkədə ən yaxşı infrastruktura malik klub turnir cədvəlinin zirzəmisində qərarlaşıb və ümidverici nəsə də yoxdu. Sxadadze “oyun varsa, nəticə də olacaq” deyib durur. Amma “nə vaxt olacaq”, “Qəbələ” rəhbərliyi o vaxta kimi dözəcəkmi” suallarına cavab verən yoxdu.
Elitanın digər debütantı “Karvan-Yevlax” da çətin dönəmdən keçir. Bəlkə də komanda qaçqın həyatı yaşamasaydı, nəticələri daha yaxşı olardı. Reallıq budu ki, yevlaxlılar “Araz-Naxçıvan”la oyunda təcrübəsizliyə qurban getdi.
Turun mərkəzi oyunlarından biri heç-heçə bitdi. “Zirə” – “Turan Tovuz” duelini nəzərdə tuturam. Əslində qələbə hər iki tərəfə eyni dərəcədə lazım idi. Çempion olmaq istəyən komanda – söhbət ilk növbədə tovuzlulardan gedir - belə, yəni 6 xallıq oyunlarda xal itirməmələidi. Amma 61-ci dəqiqədə azlıqda qaldıqlarını nəzərə alsaq, 0:0 qonaqlar üçün pis nəticə deyil. Bu başqa məsələ ki, Roberto Olabedən əvvəl Brahim Konateyə də qırmızı vərəqə göstərilməliydi.
Turdan ən qazanclı çıxan komandalardan biri də “Sabah”dı. “Bayquşlar” aşkar autsayder “Kəpəz”lə oyunda heç bir çətinlik çəkmədi. Öz aramızdı, “Qarabağ” real, “Sabah” isə potensial liderdi. 1-ci turdan təxirə salınan və dekabrın 18-də keçiriləcək oyunda mümkün qələbə zirvədəki komandanı dəyişəcək. Təbii ki, “Qarabağ”la “Sabah” həmin vaxta qədər xal itirməsələr.
PFL-in xüsusi həvəslə hazırlaşdığı, təşkilatçılıq adına ortaya möhtəşəm iş qoyduğu “Zəfər turu”na 100-cü Azərbaycan derbisi ilə son qoyuldu. Vensan Abubakarın gəlişi, son vaxtlar “Neftçi”nin oyun səviyyəsindəki artım ağ-qara rənglərə könül verən azarkeşləri qələbəyə heç vaxt olmadığı qədər inandırmışdı. Dolu tribunalar önündə, doğrudan da, baxımlı oyun izlədik. Amma “Neftçi” yenə möcüzəni bacarmadı, bu komandanın “Qarabağ”la oyunlardakı qələbə həsrəti 5 ilə çatdı.
Əslində bu, “Neftçi” adına böyük hədəflər uğrunda mübarizəyə dönmək baxımından da həlledici şans idi. Daha bir imkan boşa verildi, paytaxt klubunun əbədi-əzəli rəqibi səviyyəsində olmadığı göründü. Deməli, qış fasiləsində dəyişikliklər olmalıdı. Növbəti uğursuzluğu azarkeş heç kimə bağışlamayacaq – nə Abubakara, nə Abasova, nə də rəhbərliyə!
Misli premyer-liqası
1-ci dövrə, 11-ci tur
7 noyabr
Şamaxı – İmişli 1:0
Qəbələ - Sumqayıt 0:2
8 noyabr
Araz-Naxçıvan - Karvan-Yevlax 2:1
Zirə - Turan Tovuz 0:0
9 noyabr
Kəpəz – Sabah 1:3
Qarabağ – Neftçi 2:0

1. Qarabağ 10 7 2 1 17-3 23
2. Turan Tovuz 11 7 1 3 15-8 22
3. Sabah 10 6 3 1 16-6 21
4. Sumqayıt 11 6 2 3 18-11 20
5. Zirə 11 5 5 1 18-12 20
6. Araz-Naxçıvan 11 5 4 2 18-17 19
7. Neftçi 11 3 6 2 14-9 15
8. Şamaxı 11 3 4 4 12-13 13
9. İmişli 11 3 3 5 10-12 12
10. Qəbələ 11 1 2 8 8-16 5
11. Karvan-Yevlax 11 1 2 8 9-24 5
12. Kəpəz 11 1 0 10 8-32 3
Bombardirlər: Ba-Muaka Simakala (Araz-Naxçıvan), Coy-Lens Mikels (Sabah) – 6, Bassala Sambu (Neftçi), Velko Simiç (Sabah), Aleksandr Ramalinqom (Sumqayıt), Toral Bayramov (Qarabağ) – 4.
Növbəti turun oyunları noyabrın 21-23-ü aralığında keçiriləcək: Karvan-Yevlax – Kəpəz, Sumqayıt – Qarabağ, Araz-Naxçıvan – Turan Tovuz, Zirə - Qəbələ, Sabah – Şamaxı, Neftçi – İmişli.
ORXAN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Noyabr 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri