Icma.az
close
up
RU
“Zəfər turu”: Suraxanıda derbi olacaq

“Zəfər turu”: Suraxanıda derbi olacaq

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək. “Zəfər turu” adlanan oyun həftənin ilk matçı Şamaxıda baş tutacaq. Tura “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

7 noyabr, 13:44 Şamaxı – İmişli
Ötən turda “Turan Tovuz”a uduzan “Şamaxı” ev oyununda azarkeşlərini sevindirmək niyyətindədir. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv çempionatda üç matçdır, qələbə qazana bilmir. “Kəpəz”ə uduzub, “Qarabağ”la heç-heçə edən “şirlər” bu dəfə üç xal arzusundadır.

“İmişli” isə artıq asan rəqib olmadığını göstərib. “Zirə”, “Neftçi”, “Sabah” kimi klublardan xal qoparan bölgə klubu “Şamaxı” səfərindən də minimum bir xalla dönmək niyyətindədir. Müdafiə planında kompakt oynayan “İmişli”nin təhlükəli silahı əks-hücumlardır.

7 noyabr, 16:44 Qəbələ – Sumqayıt
Bu mövsüm cəmi bir qələbə qazanan “Qəbələ” yaxşı futbol oynayır. Hər matç kifayət qədər epizod yaradan, rəqiblərlə başa-baş mübarizə aparan “qırmızı-qaralar”da əsas problem sonluqdur. Son zərbələrdə uğursuzluq yaşayan bölgə klubu xallar itirməkdədir. “Qəbələ” “Sumqayıt”la matçda uğursuz seriyasını sonlandırmaq niyyətindədir.

“Sumqayıt” isə ötən tur “Araz-Naxçıvan”la oyunda geridönüşlə qələbə qazanıb. Bu mövsüm səfər oyunlarında statistikası ürəkaçan olmayan “kimyaçılar” Qəbələdən bir xalla dönsə də, qənaətbəxş hesab ediləcək.

8 noyabr, 15:44 Araz-Naxçıvan – Karvan-Yevlax
Mərdəkandakı “Dalğa Arena”nın təmirə bağlanması səbəbindən ev oyununu Sumqayıtda keçirəcək “Araz-Naxçıvan” 3 matçdır, qələbə qazanmır. “Neftçi” və “Sabah”la heç-heçə edən naxçıvanlılar ötən turda məhz “Sumqayıt”a uduzub. Həmin arenada bu gün “Karvan-Yevlax”la üz-üzə gələcək “Araz-Naxçıvan” favoritdir və bu görüş onlar üçün geridönüş kimidir.

“Karvan-Yevlax” isə son turlarda oyun baxımından inkişafda olsa da, nəticələr ürəkaçan deyil. Qollar vurub önə keçən, lakin sonda uduzan tərəf olan Yevlax təmsilçisində baş məşqçi Azər Həşimovun postu da təhlükədədir. Bu matçda alınacaq məğlubiyyət onun da işini itirməsi ilə nəticələnə bilər.

8 noyabr, 18:44 Zirə – Turan Tovuz
Turnir cədvəlinin lideri “Turan Tovuz” nəticəyə oynamağı bacarır. Komanda yaxşı çıxış etməyi matçlarda belə xal qazanıb. “Zirə” səfəri komanda üçün önəmlidir. Görüşün aşkar favoriti yoxdur. Hər iki tərəf nizamlı oyunu ilə seçilir.

“Zirə”də əsas problem heyətlə bağlıdır. Hücum xəttində Davit Volkovun olmaması komandaya çətinlik yaradır. “Turan Tovuz”da isə heyətlə bağlı ciddi itki yoxdur. Komandanın hələlik problemi hücumçularının məhsuldarlığının aşağı olmasıdır.

9 noyabr, 15:44 Kəpəz – Sabah
Autsayder “Kəpəz” Azər Bağırovun gəlişindən sonra bir qələbə qazanıb, iki dəfə uduzub. Komandada sıxıntılar davam edir. İndiki məqamda komanda lehinə yeganə şey özlərinə yaxın rəqiblərin də xal itirməsidir. Fərq böyük deyil. Qazanılacaq hər xal komandanın elitada qalması adına önəmlidir. Heyətlə bağlı çətinliklər var və Bağırov qışa qədər bu heyətlə xallar toplamalıdır. “Kəpəz”in son turlarda oyun baxımından artırması gələcəyə ümidlə baxmağa imkan verir.

“Sabah” isə son turların ən formada komandasıdır. Ardıcıl qələbələrlə turnir cədvəlində 4-cü sıraya yüksələn “bayquşlar” autsayder qarşısında da seriyasını davam etdirmək istəyir. “Sabah” əvvəlki mövsümlərdə özündən keyfiyyətlə bağlı daha zəif olanlara xal itirib. Belə matçlarda motivasiya problemi yaşayan “bayquşlar” bunun öhdəsindən gələ bilməzsə, növbəti sürpriz xal itkisi yaşaya bilər.

9 noyabr, 18:44 Qarabağ – Neftçi
Turun mərkəzi oyunu Suraxanıda olacaq. Bir tərəfdə “Çelsi” ilə heç-heçə etmiş “Qarabağ”, digər tərəfdə isə son turlarda qələbələri ilə azarkeşlərini ruhlandıran “Neftçi” var. Düzdür, heyət və keyfiyyət baxımından “Qarabağ” rəqibini üstələyir, lakin derbilərdə favorit olmur. “Neftçi”də Abubakarın gəlişindən sonra komandada canlanma var və istəklidirlər. Ardıcıl qələbələr seriyasını bu turda da davam etdirmək niyyətində olan “Neftçi”nin gücü məhz bu görüşdə bəlli olacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 Noyabr 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1220

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see495

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see389

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see387

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see378

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see337

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see320

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see282

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see217

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see208

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see202

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see198

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see193

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see188

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see184

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see183

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see171

“Bu, ciddi bir xəstəlikdir...”

05 Oktyabr 2026 18:07see167

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see166

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri