Icma.az
close
up
RU
Zəfər xalqımızın qürur və ləyaqət hissinin yenidən təsdiqi

Zəfər xalqımızın qürur və ləyaqət hissinin yenidən təsdiqi

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan tarixində 2020-ci ilin payızı xüsusi bir səhifə kimi yadda qaldı.

44 günlük Vətən müharibəsi nəticəsində xalqımız tarixi ədaləti bərpa etdi: ərazi bütövlüyümüz təmin olundu və illərlə davam edən işğal siyasətinə son qoyuldu. Bu zəfər təkcə hərbi qələbə deyil, həm də mənəvi, milli və siyasi müstəvilərdə dönüş nöqtəsi oldu. Azərbaycan xalqının tarixi iradəsi, milli həmrəyliyi və dövlət rəhbərliyinin strateji uzaqgörənliyi bu zəfəri mümkün etdi.

Müstəqillik illərində Azərbaycan rəhbərliyi qarşısında ən mühüm məqsəd dövlətin möhkəmlənməsi və ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Prezident İlham Əliyev bu istiqamətdə mərhələli və uzunmüddətli strategiya həyata keçirib. O, hərbi sahənin inkişafı ilə yanaşı, diplomatik, iqtisadi və informasiya müstəvilərində kompleks siyasət yürüdərək Zəfərin əsaslarını illərlə formalaşdırıb.

İlham Əliyev illər boyu beynəlxalq tribunalarda Ermənistanın işğalçılıq siyasətini faktlarla ifşa edərək, sülh və beynəlxalq hüquq prinsiplərinin bərpası üçün diplomatik mübarizə aparıb. Bu dövr ərzində dövlət rəhbərliyi həm hüquqi, həm də mənəvi üstünlüyü Azərbaycan tərəfinin tərəfində saxlaya bilib.

Prezidentin rəhbərliyi ilə “müasir Azərbaycançılıq ideyası” - milli birliyin, vətənpərvərliyin və dövlətə sədaqətin ideoloji dayağı kimi formalaşdı. Bu ideya 44 günlük müharibə zamanı xalqın hər bir fərdini bir məqsəd ətrafında birləşdirdi və Zəfərin mənəvi gücünü təmin etdi.

Zəfər Azərbaycan xalqının milli kimliyinin, qürur və ləyaqət hissinin yenidən təsdiqi oldu. Uzun illər işğal altında qalan torpaqların azad edilməsi yalnız siyasi deyil, mənəvi reabilitasiya aktı kimi də qiymətləndirilməlidir. Bu qələbə xalqın öz tarixi köklərinə, əcdadlarının qəhrəmanlıq ənənələrinə bağlılığını yenidən gücləndirdi.

Müharibə dövründə bütün Azərbaycan xalqı - ölkə daxilində və diasporda - “Bir millət, bir yumruq” prinsipi ətrafında birləşdi. Dini, etnik və sosial fərqlər arxa plana keçdi, ümummilli ideya olan “Vətən” anlayışı hər bir fərdin şüurunda ali dəyərə çevrildi. Bu mənəvi yüksəliş xalqın gələcək nəsillərinə də örnək olacaq dərin bir milli yaddaş formalaşdırdı.

Uzun illər işğal altında qalan torpaqların azad edilməsi Azərbaycan xalqında milli qürurun yenidən dirçəlməsinə səbəb oldu. Bu qürur təkcə müharibə meydanında deyil, bütün sahələrdə - elm, mədəniyyət, diplomatiya və idmanda öz əksini tapmağa başladı.

Zəfərin mənəvi dayağı şəhidlərimizin qanı ilə möhkəmlənib. Onların igidliyi Azərbaycan xalqının mənəvi irsinin ayrılmaz hissəsinə çevrilib. Bu, gənc nəsildə Vətənə sədaqət, qəhrəmanlıq və mərdlik hissini gücləndirir.

Qarabağın işğaldan azad olunması təkcə hərbi deyil, həm də mənəvi ədalətin bərpası idi. Bu, yüz illərlə xalqın yaddaşında qalan ədalətsizliyin sonu, tarixi borcun ödənməsi oldu.

Qələbə Azərbaycanı regional güc mərkəzinə çevirdi. Hərbi və diplomatik uğurlar nəticəsində ölkəmiz beynəlxalq səviyyədə söz sahibi oldu. Prezident İlham Əliyevin müdrik rəhbərliyi və siyasi iradəsi Azərbaycanın dünya miqyasında nüfuzunu daha da artırdı. Cənubi Qafqazda yeni siyasi düzən yaratdı. Ermənistanın təxribatçı siyasətinin iflası, Azərbaycanın ərazi bütövlüyünün bərpası bölgədə sülh və əməkdaşlıq üçün yeni perspektivlər açdı. Zəngəzur dəhlizi kimi layihələr regionun strateji əhəmiyyətini dəyişdi.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər təkcə hərbi qələbə deyil, həm də yeni regional və beynəlxalq geosiyasi reallığın formalaşması demək idi. Bu qələbə nəticəsində Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də bölgədə kommunikasiya xətlərinin bərpası və yeni iqtisadi dəhlizlərin açılması üçün siyasi-hüquqi zəmin yaratdı. Bu baxımdan Zəngəzur dəhlizi ideyası Zəfərin birbaşa nəticəsi və onun strateji davamıdır.

2020-ci il 10 noyabr tarixli bəyanat bölgədə yeni siyasi və nəqliyyat balansı yaratdı. Bu sənədin 9-cu bəndinə əsasən, Ermənistan Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin bərpasına zəmanət verir. Bu müddəa, əslində, Zəfərin siyasi nəticəsidir, çünki bu razılaşma yalnız Azərbaycanın qalib tərəf kimi diktə etdiyi yeni reallıq əsasında mümkündür.

Zəngəzur dəhlizi Azərbaycanı birbaşa Naxçıvan Muxtar Respublikası və oradan da Türkiyə ilə quru yolla birləşdirəcək strateji kommunikasiya xəttidir. Bu dəhlizin açılması Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək, Türk dünyası arasında iqtisadi, logistik və mədəni əlaqələri möhkəmləndirəcək və Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitini gücləndirəcəkdir. Beləliklə, bu layihə həm Azərbaycanın milli maraqlarına, həm də bütün regionun sabitliyinə xidmət edir.

Zəfər olmasaydı, Ermənistan heç vaxt belə bir kommunikasiya xəttinə razılıq verməzdi. Qələbə nəticəsində Azərbaycanın bölgədə diktəedici mövqeyi yarandı. 10 noyabr bəyanatı bu üstün mövqenin hüquqi təzahürüdür.

Zəfərdən sonra Cənubi Qafqazda güc mərkəzi dəyişdi. Azərbaycan və Türkiyə tandeminin rolu regionun nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırdı. Zəngəzur dəhlizi bu balansın mərkəzi halqasına çevrildi.

Zəfər dövlətin hərbi, diplomatik və ideoloji sütunlarını gücləndirdi. Dövlətin gücü xalqın inamı ilə birləşərək, müstəqil Azərbaycan Respublikasının möhkəm siyasi əsaslarını formalaşdırdı. Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri Azərbaycanın siyasi iradəsinin davamıdır. “Böyük Qayıdış” proqramı Zəfərin siyasi nəticələrinin praktik təzahürüdür.  Bu, həm də müasir dövlət idarəçiliyinin sülh dövrünə keçidinin nümunəsidir.

Bu qələbə milli yaddaşda müstəqilliyin qorunmasının, birliyin və liderlik amilinin önəmini göstərdi. Zəfər ideyası artıq Azərbaycan dövlətinin ideoloji sütunlarından biridir – “Güclü ordu, güclü dövlət və güclü xalq” anlayışını özündə birləşdirir.

İradə Sərdarova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Dillər Universiteti, YAP Nəsimi rayon təşkilatının üzvü

Bakıvaxtı.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Noyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see214

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see210

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see206

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see189

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see189

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see175

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see159

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see141

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see137

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see136

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see129

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see128

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see125

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see125

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see122

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see121

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri