Icma.az
close
up
RU
Zəfərə aparan yol xalq iradəsinin və lider qətiyyətinin təntənəsidir

Zəfərə aparan yol xalq iradəsinin və lider qətiyyətinin təntənəsidir

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın dövlətçilik fəlsəfəsinin təməlində həmişə bir ali məqsəd dayanıb: Vətən torpaqlarının bütövlüyü, xalqın azad iradəsi, bayrağımızın doğma yurdun hər nöqtəsində dalğalanması. Bu, bütün dövrlərdə dövlət siyasətinin dəyişməz prioriteti olub. Cnab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məqsəd sistemli siyasət, güclü ordu və prinsipial diplomatiya ilə gerçəkləşdirildi. Azərbaycan uzun illər danışıqlar masasında prinsipial mövqe nümayiş etdirərkən eyni zamanda müasir, peşəkar ordu quruculuğu siyasəti həyata keçirirdi. Dövlət büdcəsində hərbi xərclər daim prioritet idi. Ordunun maddi-texniki bazası gücləndirilir, ən müasir silah-sursat və texnologiyalar alınırdı.
Hərbi sənaye kompleksinin yaradılması Azərbaycanın müdafiə qabiliyyətini daha da artırdı. Bu gün ölkəmiz yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edir, ordusunu öz istehsalı hesabına təchiz edir. Qarabağda erməni təxribatları XIX əsrdən – çar Rusiyası dövründən başlayıb. Tarix boyu azərbaycanlılar etnik təmizləmə, soyqırımı və deportasiyalara məruz qalıblar. 1948-1953-cü illərin deportasiyaları, 1988-ci ildən başlayan Qarabağ hadisələri yüz minlərlə insanı yurd-yuvasından didərgin saldı.Bu ağrı dolu tarix xalqın yaddaşına ədalət və azadlıq mübarizəsinin motivi kimi həkk olundu.

2020-ci ilin 27 sentyabrında Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatına başladı. “Dəmir yumruq” əməliyyatının ilk saatlarından uğur xəbərləri gəldi. Hər gün irəliləyən Azərbaycan Ordusu 44 gün ərzində düşmən ordusunu darmadağın etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa – bu adlar hər bir azərbaycanlının qəlbində qəhrəmanlıq salnaməsinə çevrildi. Şuşanın azadlığı isə müharibənin taleyini həll edən həlledici an oldu. 9 noyabr gecəsi imzalanmış üçtərəfli bəyanatla düşmən kapitulyasiya aktına imza atdı. Ağdam, Kəlbəcər, Laçın rayonlarının sülh yolu ilə qaytarılması Azərbaycanın diplomatik və hərbi qələbəsinin tərkib hissəsinə çevrildi. Bu Qələbə sadəcə torpaqların azadlığı deyil, həm də milli ləyaqətin, ədalətin bərpası idi. Cənab Prezident İlham Əliyevin dediyi kimi “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçdi. Əsas vəzifə güclü Silahlı Qüvvələrin yaradılması idi və biz bunu etdik.” Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgərlər belə döyüş meydanına qayıtmaq üçün həkimlərdən icazə istəyirdilər. Bu, xalqın ruh gücünün, mənəvi birliyinin göstəricisidir.

Müharibə zamanı həm orduda, həm arxa cəbhədə misilsiz birlik hökm sürürdü. “Öldü var, döndü yoxdur” – bu şüar əsgərlərimizin rəmzinə çevrildi. Bakıda yaradılmış Hərbi Qənimətlər Parkı Vətən müharibəsinin canlı salnaməsidir. Burada Azərbaycan əsgərinin iradəsi, düşmənin məğlubiyyəti hər eksponatda əks olunur. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər Paradı isə tariximizin ən möhtəşəm anlarından biri idi – Müzəffər Ali Baş Komandan İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin paradı birlikdə qəbul etdilər. Azərbaycan Ordusunun 44 günlük müharibədə tətbiq etdiyi taktika və əməliyyat üsulları bu gün dünyanın hərbi akademiyalarında öyrənilir. ABŞ və Avropa ekspertləri Azərbaycanın döyüş strategiyasını XXI əsrin yeni müharibə modeli adlandırırlar. Cənab Prezident İlham Əliyevin müharibə zamanı beynəlxalq mediaya verdiyi 30-dan çox müsahibə Azərbaycanın diplomatik cəbhədəki qələbəsinin rəmzinə çevrildi. Dövlət başçısı informasiya savaşında gerçəkliyi, ədaləti və Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Onun səsi həm döyüş meydanında, həm diplomatik tribunada qalib səs idi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” bəyanatı 44 günlük müharibənin mənəvi dayağına çevrildi. Şuşa Bəyannaməsi isə bu qardaşlığın hüquqi-siyasi təməlini qoydu. “Dəmir yumruq” – bu yalnız hərbi əməliyyatın yox, xalqın həmrəyliyinin, milli iradənin rəmzidir. Vətən müharibəsində xalq, ordu və dövlət bir yumruğa çevrilərək düşməni darmadağın etdi. Bu birlik əbədi olacaq – çünki Zəfər artıq bizim milli kimliyimizin bir hissəsinə çevrilib.

Zəfər Günü bizə təkcə keçmişin qürurunu xatırlatmır – həm də gələcəyin məsuliyyətini xatırladır. Bu məsuliyyət – azadlığı qorumaq, ədaləti yaşatmaq, milli birliyi möhkəmləndirmək məsuliyyətidir. Bu gün hər bir Azərbaycan vətəndaşı, hər bir gənc, hər bir uşaq bilir ki, bu torpaq şəhid qanı ilə yoğrulub, Zəfər xalqın ruhundan doğulub. 8 Noyabr-Zəfər Günü-xalqın yaddaşında əbədi qalacaq bir tarixdir: Azərbaycanın ucaldığı, millətin birləşdiyi, Vətənin azad nəfəs aldığı gün.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri