Icma.az
close
up
RU
Zəfərimizin və qürurumuzun dörd ili

Zəfərimizin və qürurumuzun dörd ili

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qalib və qürurlu xalqıq!

Şanlı qələbəmizin dördüncü il dönümünü  böyük qürurla, sevinc hissi və ruh yüksəkliyi ilə qeyd edirik. 

Dörd il bundan əvvəl müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi  rəşadətli Azərbaycan Ordusu  44 gün ərzində torpaqlarımızı işğaldan qurtardı,  "döyükən erməni hərbiçisi" mifini fərari erməni hərbiçisi reallığı ilə dəyişdirdi, işğalçı  Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, yenilməz Azərbaycan Ordusu  bu şanlı zəfəri ilə təkcə yeni tarix yazmadı, həm də yeni coğrafiya yaratdı!

Bu qələbə nəticəsində ərazi bütövlüyümüz təmin olundu, suverenliyimizin ərazisi böyüdü, qəddimiz dikəldi, mili varlığımız ucaldı, qürurumuz böyüdü.

Haqqın təntənəsi, ədalətin zəfəri olan bu tarixi qələbə  həm də, bəşəriyyəti "əzabkeş erməni xalqı" maskası arxasında gizlənmiş erməni faşizmindən xilas etdi.

Bu qələbə Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və diplomatik məharəti, səfərbəredici liderlik fəaliyyəti və şəxsi qəhrəmanlığı sayəsində əldə edildi. 

Bu qələbə milli birliyimiz sayəsində mümkün oldu və Azərbaycanı qüdrətli dövlət kimi dünyaya tanıtdı, dövlətimizi siyasi cəhətdən də böyütdü. 

Bu qələbə nəticəsində  beynəlxalq nüfuzumuz daha da yüksəldi, şöhrətimiz, hörmətimiz artdı.

Bu qələbə işğalçı Ermənistana və onun havadarlarına dərs verməklə yanaşı,  dünya hərb sənətinə yeni tövhələr verdi. Şuşanın işğaldan azad edilməsi isə müharibələr tarixində nadir uğurlu əməliyyat kimi hərb dərsliklərinə yazıldı.

Bu qələbənin davamı və məntiqi nəticəsi olaraq  2022- ci ilin 12- 13 sentyabrında qəhrəman Milli Ordumuz düşmən nəzarətində olan bütün yüksəklikləri fəth edərək sərhədlərimizi bərpa etdi, 2023- cü il sentyabrın 19- da isə 23 saatlıq antiterror əməliyyatı nəticəsində milli suverenliyimizi təmin etdi.

44 günlük Vətən müharibəsi və postmüharibə dövrü bizə bir daha dostlarımızı da, bədxahlarımızı da tanıtdı. 

Postmüharibə dövründə şəhid ailələrinin, qazilərimizin sosial müdafiəsi təmin olunmuş,  Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində əhəmiyyətli işlər görülmüşdür. 

Böyük Qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədi ilə 4  ildə  dövlət büdcəsindən 20 milyard manata yaxın vəsait  ayrılmışdır. İşğaldan azad olunmuş şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, tikilir,  məcburi köçkün soydaşlarımız uzun illər həsrət qaldıqları  ata-baba yurdlarına dönürlər. Bu ilin sonuna 25 min soydaşımız  Qarabağa və Şərqi Zəngəzura qayıdıb məskunlaşacaqdır.

Bu qələbə, bu əzəmət, bu qürur, qayıdış sevinci üçün  qəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq.

Bədxahlarımızın, xüsusi ilə, Fransanın  terrorçu Ermənistana patoloji tərəfkeşliyinə rəğmən, biz məğlub Ermənistanı sülh müqaviləsi ilə bağlı bütün öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyik.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun planlaşdırdığı, lakin həyata keçirməyə imkan tapa bilmədiyi bütün işləri, xüsusən, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması problemini oğlu və siyasi varisi prezident İlham Əliyev böyük uğurla həyata keçirmişdir və bu siyasət davam etməkdədir. 

Cənab İlham Əliyev tarixi qələbə əldə etməklə həm də regionun reallığını və taleyini dəyişdi, yeni çağırışlara imza atdı. 

Bu çağırış işlqlı sabahların, tərəqqinin,  rifahın təntənəsi, güdrətli dövləti olan xoşbəxt və qürurlu xalqın səsidir!
Bu gün Azərbaycan bölgənin titul dövləti və söz sahibidir. 

Azərbaycanın Prezidenti təkcə bölgə ilə bağlı deyil, dünyanın siyasət müstəvisində müxtəlif platformalarda qarşıya real məqsədlər qoyur və həll edir. 

Bu gün Cənubi Qafqazda zaman Azərbaycan saatı ilə işləyir. Mən qəti əminəm ki, cənab Prezident İlham Əliyevin səyləri ilə bölgədə ədalətli və əbədi sülh bərqərar olacaq, əməkdaşlıq və tərəqqi başlayacaqdır.

Bütün kommunikasiyalar açılacaq, Zəngəzur dəhlizi də işə düşəcək və biz Zəngəzurdan keçərək tarixi mədəniyyət və dövlətçilik paytaxtımız olan gözəl İrəvan şəhərimizə və digər yurdlarımıza  gedəcəyik.

Bayramımız mübarək olsun! 

Zəfərimiz mübarək və davamlı olsun!

Musa Urud, millət vəkili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Noyabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri