Icma.az
close
up
RU
Zəfərin açarı: Aprel döyüşləri Qarabağın xilası demək idi

Zəfərin açarı: Aprel döyüşləri Qarabağın xilası demək idi

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Aprel döyüşləri 2016-cı ilin 2–5 aprel tarixlərində Qarabağ bölgəsində baş vermiş və Azərbaycanın hərbi-siyasi tarixində dönüş nöqtəsi hesab edilən qarşıdurmadır. Bu döyüşlər təkcə Ermənistan-Azərbaycan münaqişəsindəki mövcud status-kvonu sınağa çəkməklə qalmadı, həm də gələcəkdə 44 günlük Vətən müharibəsinə gedən yolun strateji təməlini qoydu.

Qarşıdurma zamanı Azərbaycan silahlı qüvvələri həm hərbi hazırlıq səviyyəsini, həm də taktiki üstünlükləri sınağa çəkdi, eyni zamanda beynəlxalq siyasətdə balanslaşdırılmış diplomatik addımlar atmaq məcburiyyətində qaldı.

Həmin döyüşlər zamanı üzləşilən çətinliklər və maneələr Azərbaycan üçün gələcək zəfərlərin əldə olunmasında qiymətli dərslər verdi.

Aprel döyüşlərinin nəticələri yalnız cəbhədə qazanılan uğurlarla ölçülmür, həm də Azərbaycanın strateji mövqeyinin möhkəmlənməsi, hərbi-modernləşmə prosesinin sürətlənməsi və regionda siyasi nüfuzunun artması baxımından tarixi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Arzu Nağıyev deyib ki, aprel döyüşləri 2016-cı ilin 2–5 aprel tarixlərində baş verdi. Bu döyüşlər həm hərbi, həm də siyasi baxımdan münaqişənin dönüş nöqtəsi kimi qiymətləndirilir: 

"Döyüşlərin başlanmasına səbəb Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində törətdiyi növbəti təxribat oldu. Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatına başladı və qısa müddətdə mühüm hərbi nəticələr əldə etdi. Nəticədə, 5 aprel 2016-cı ildə tərəflər arasında atəşkəs razılaşmasına nail olundu".

Onun sözlərinə görə, aprel döyüşləri Azərbaycan tarixində əhəmiyyətli hərbi-siyasi hadisələrdən biridir və “4 günlük müharibə” kimi də tanınır:

"Bu hadisənin baş verməsinə Ermənistanın cəbhə xəttində davamlı təxribatları, ATƏT-in Minsk qrupunun təsirsiz fəaliyyəti, BMT qətnamələrinin icra olunmaması və uzun illər davam edən nəticəsiz danışıqlar səbəb idi. Ermənistan status-kvonu qorumağa çalışırdı ki, bu da Azərbaycan üçün qəbulolunmaz idi. Ordunun güclənməsi, hərbi balansın Azərbaycanın xeyrinə dəyişməsi və yeni texnika, texnologiya və kadr potensialından istifadənin genişlənməsi də prosesə təsir edən mühüm amillər idi".

Həmsöhbətimiz qeyd edib ki, döyüşlər həm orduda, həm cəmiyyətdə ruh yüksəkliyi yaratdı, həm də Qarabağ müharibəsinin gələcək fazası üçün psixoloji və hərbi zəmin formalaşdırdı:

"Ermənistan tərəfinin illərlə yaratdığı “məğlubedilməz ordu” mifinin dağılması, ardınca həmin ölkədə baş verən istefalar və sosial gərginlik də bu hadisənin təsirlərindən biri oldu. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar öz nəticəsini göstərdi və Ermənistanın müdafiə xəttinin zəif nöqtələri üzə çıxdı. Münaqişə faktiki olaraq pasiv mərhələdən aktiv təhlükəsizlik mərhələsinə keçdi və danışıqlar prosesində Azərbaycanın mövqeyi daha da gücləndi".

Arzu Nağıyev: Döyüşlərdə Azərbaycan əsgər və zabitləri yüksək qəhrəmanlıq nümunələri göstərdilər

Parlament üzvü onu da əlavə edib ki, aprel döyüşlərinin əsas strateji uğurları Lələtəpə yüksəkliyinin azad edilməsi, Tərtər–Talış istiqamətində mühüm yüksəkliklərin nəzarətə götürülməsi və minlərlə hektar ərazidə üstünlüyün təmin olunması idi. Bu yüksəkliklər gələcək əməliyyatlar üçün müşahidə, nəzarət, logistika və taktiki imkanları artırdı və 2020-ci il Vətən müharibəsində böyük rol oynadı.

"Döyüşlərdə Azərbaycan əsgər və zabitləri yüksək qəhrəmanlıq nümunələri göstərdilər. Şəhidlərimizin xatirəsi xalq tərəfindən daim ehtiramla anılır. Bu hadisələr xalq-ordu birliyini daha da möhkəmləndirdi və Vətən uğrunda mübarizə əzmini artırdı. Beynəlxalq ictimaiyyət isə əsasən tərəfləri atəşkəsə çağırmaqla kifayətləndi, böyük dövlətlər eskalasiyadan narahat olduqlarını bildirsələr də, konkret addımlar atmadılar. Onların əsas mövqeyi status-kvonun qorunmasına yönəlmişdi",- deyə A.Nağıyev vurğulayıb.

Milli Məclisin üzvü deyib ki, aprel döyüşləri İkinci Qarabağ Müharibəsi üçün həm hərbi, həm də psixoloji hazırlıq mərhələsi rolunu oynadı. Ordunun modern silahlardan istifadə bacarığı, yeni taktiki yanaşmalar, peşəkar kadr potensialı və cəmiyyətin qələbəyə inamı həmin dövrdə daha da gücləndi:

"Bu hadisələr heç vaxt unudulmur. Hər il şəhidlərin xatirəsi yad edilir, abidələr ziyarət olunur, məktəblərdə və hərbi hissələrdə tədbirlər keçirilir. Bu döyüşlər həm dostlara, həm də düşmənə açıq mesaj oldu: Azərbaycan xalqı və dövləti Ali Baş Komandanın rəhbərliyi ilə qələbə əzmindədir və tarixi torpaqlarımızın azadlığı uğrunda mübarizəni sona qədər aparmağa hazırdır. Bunun nəticəsini isə 44 günlük Vətən müharibəsində və sonrakı lokal antiterror tədbirlərində gördük". 

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 02 Aprel 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri