Icma.az
close
up
RU
Zəfərin diplomatik zirvəsi

Zəfərin diplomatik zirvəsi

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gözlər Vaşinqtonda, diqqət Cənubi Qafqazda, zəfər qapısı isə Azərbaycandadır. Avqustun 8-i Azərbaycan tarixində yalnız bir gün kimi deyil, bütöv bir əsrin diplomatik salnaməsinə qızıl hərflərlə yazılacaq hadisə kimi qalacaq. 35 ildən sonra ilk dəfə olaraq Ermənistanın Azərbaycana qarşı bütün ərazi iddialarından rəsmi şəkildə imtina etməsi – təkcə siyasi deyil, həm də milli-mənəvi əhəmiyyətinə görə misilsiz hadisədir. Uzun illər boyu Azərbaycanın torpaqlarının işğalı faktını “dondurulmuş münaqişə” adı altında legitimləşdirməyə çalışan beynəlxalq mərkəzlər bir-birinin ardınca müxtəlif “həll paketləri” irəli sürürdülər: “ümumi dövlət”, “Aland modeli”, “paket həll”, “mərhələli həll” və s. Ancaq bütün bunların müəllifləri, o cümlədən ABŞ, bu dəfə məhz Azərbaycan Prezidentinin diplomatik masada qazandığı qələbəyə şahidlik etdilər və ev sahibliyini özlərinə şərəf bildilər. 2020-ci ilin 10 noyabr kapitulyasiyasının məntiqi davamı olan bu saziş, Ermənistanın regiondakı 30 illik radikal destruktiv siyasətinə son qoyur. Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməklə kifayətlənməyib, həm də Türküstan coğrafiyası ilə Xəzərin qərbindəki türk arealı arasında quru bağlantısının əsas siyasi təminatçısına çevrilib. Döyüşdən Diplomatiyaya keçən Qələbənin Yolu indi daha böyük uğurla nəticələndi. 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri – bütün bunlar Azərbaycanın gücünü, əzmini və milli iradəsini göstərdi. O günlərdə düşmən Bakını belə işğal etməklə hədələyirdi. Amma Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan ordusu XX əsrin sonunda itirdiyi torpaqlarını tam nəzarətə qaytardı, minlərlə şəhidimizin qanını yerdə qoymadı. Bu gün isə həmin hərbi zəfərin diplomatik müstəvidə davamı gerçəkləşdi. Azərbaycan masada da qalib gəldi. XX əsrin əvvəlində itirilmiş Zəngəzura bu dəfə siyasi-diplomatik yolla, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi strateji layihələrlə qayıdış təmin olundu. Demək yerinə düşər ki, Vaşinqton Bəyannaməsi tarixin yeni səhifəsi oldu. 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan Birgə Bəyanamə beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. Sənəddə Ermənistanın bütün ərazi iddialarından rəsmi imtinası,

ATƏT-in Minsk Qrupunun və ona bağlı strukturların ləğvi, Azərbaycanla Naxçıvan arasında maneəsiz bağlantının təminatı, regionda qarşılıqlı faydalı kommunikasiya xətlərinin açılması, sərhədlərin toxunulmazlığı və güc tətbiqinin yolverilməzliyi prinsiplərinin təsdiqi,
qisasçılığın istisna olunması və gələcəyə baxışın prioritetləşdirilməsi kimi müddəalar yer alır. Bu bəyannamə, əslində, düşmənçilik səhifəsinin qapanması, yeni əməkdaşlıq dövrünün başlanması deməkdir. Bu sənəd həm də Şəhidlərin ruhuna hesabat, gələcəyə zəmanət idi. Bu zəfərin əsasını şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi qoydu. Diplomatik qələbə hərbi zəfərin məntiqi davamı, sülh isə gücün yaratdığı reallığın təsdiqidir. Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycan XXI əsrin ilk yarısında Cənubi Qafqazın yeni siyasi xəritəsini müəyyənləşdirən əsas aktora çevrildi. Yolumuzu açıq edən şəhidlərimizin ruhu şad, dövlətimizin bayrağı uca, Prezidentimizin ömrü uzun olsun. Bu gün atılan imza gələcək nəsillərə müharibəsiz, sabit və inkişaf edən bir vətən vəd edir.

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Avqust 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri