Zəhərlənən uşaqlardan beşinin vəziyyəti ağırdır
Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.
Beş gün əvvəl Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən altı uşaqdan 5-nin müalicəsi davam etdirilir.
Sumqayıt Tibb Mərkəzinin və Respublika Pediatriya Mərkəzindən Axar.az-a bildirilib ki, dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu (beyin və beyin qişalarının eyni vaxtda iltihablanması - red.) təyin edilən 2 nəfərin vəziyyətləri ağır stabil, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti isə orta ağırdır.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin vəziyyəti isə ağır stabil qiymətləndirilir.
Qeyd edək ki, aprelin 1-i Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı qız ölüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 07 Aprel 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















