Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ötən onilliklərin solmayan kinolentləri

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Zəhmətə səcdə edən adam Elşən dayının ömür çəkisi

Zəhmətə səcdə edən adam Elşən dayının ömür çəkisi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər məhəllənin özünəməxsus bir siması, kölgəsi düşən bir ağacı, səsini eşidəndə içi isidəni olur. Bizim məhəllənin kölgəli adamı isə Elşən dayı idi— sınıq-salxaq "Qaz-24"ünün arxasında, tozlu, nimdaş, lakin təmiz və halal əlləri ilə ruzisini qazanan bir zəhmət adamı.

Hər şənbə-bazar gün çıxmamış yola düşərdi. Yolunun biri Hacıqabula, biri "Meyvəli" bazarına aparardı. Maşının yük yerində süd, qatıq, pendir, yumurta, meyvə-tərəvəz— daşdan yumşaq nə vardısa, tapıb gətirərdi. O maşın bəlkə də çoxdan “xılamlığa” göndərilməliydi, amma Elşən dayı üçün o, bir təkərli dost, bir “çörək ağacı” idi.

Onu mənə tanıdan dəyərli ziyalımız, mərhum Ənvər Çingizoğlu oldu. Ənvər müəllim Elşən dayının daimi müştərisi idi. Onların arasında sadə alış-verişdən daha dərin, dürüstlük və qarşılıqlı ehtiramla hörülmüş bir bağ vardı— biri qələmlə, biri zəhmətlə yaşayırdı, amma hər ikisi halallıqla nəfəs alırdı.

Ənvər müəllim qəfil haqq dünyasına qovuşandan sonra Elşən dayının da həyatının tarazlığı pozuldu. Alış-veriş etdiyi məkan dəyişdi, köhnə məhəllədən də köçməyə məcbur oldu. Deyilənə görə, bəzilərinə onun sınıq maşını, qabarmış əlləri, nimdaş geyimi yaraşmırmış. Guya məhəllənin “görünüşünə” xələl gətirirmiş...

Amma o, sakitcə getdi. Arxasında bir kədər, bir də dua qoydu. Hər dəfə köhnə məhəlləyə yolu düşəndə başını aşağı salıb işini görər, Ənvər müəllimin adı çəkiləndə gözlərini uzaqlara dikib, dərin köks ötürərək: “Allah ona rəhmət eləsin,”— deyərdi. Ənvər müəllim getdi, Elşən dayı arxasız qaldı. Bəzən bir yaxın adam dünyadan köçəndə, sanki bir dirək yıxılır. Elşən dayı üçün də o dirək Ənvər müəllim idi.

Elşən dayı tərəziyə heç vaxt xəyanət etməzdi. Nə qiymətdə aldatdı, nə də çəkidə. Əksinə, çox vaxt bir ovuc da artıq qoyardı. Bilirdi ki, bir ticarətçinin imtahanı tərəzidən başlayır. O bu imtahandan üzüağ çıxmışdı. Dünya malına tamah salmadı, övladlarını halal zəhmətlə böyütdü, evləndirdi, nəvə sahibi oldu— amma bir dəfə də olsun haramı evinə buraxmadı.

Yay aylarında tez-tez azyaşlı oğlunu sonbeşiyini Zeynalı da özü ilə gətirərdi. Balaca Zeynal da atası kimi zəhmətə alışmışdı. Qonşuların aldığı meyvə-tərəvəzi kiçik əlləri ilə evlərə daşıyar, işin içində böyüyərdi. Bu, sadəcə əmək yox, ailədən gələn halallığın, zəhmətə hörmətin nümunəsi idi.

Bu sətirləri yazarkən yadıma Mirzə Cəlilin "Dəllək" hekayəsi düşür. Orada Usta Hüseyn deyirdi: “Müsəlmançılığın şərtləri çox ağırdır. Az adam var ki, onların hamısına əməl edə bilsin.” Elşən dayı da həmin az adamlardan idi. Kasıb idi, amma halalı bol idi. Geyimi köhnəydi, amma sifəti aydın. Tərəzisi köhnəydi, amma haqqı düz çəkirdi.

İndi Elşən dayı bu dünyanın yükünü yerə qoyub, o biri aləmdə— əbədi istirahətindədir. Dua edirəm ki, bu dünyada qazandığı zəhmətkeşlik, halallıq və insanlıq o dünyada da onun əlindən tutsun. Bu dünyada ayaqda durmağı bacardı, amma ürəyi bu zəhmətin ağırlığına dözmədi.

İndi hər ikisi— həm Ənvər müəllim, həm də Elşən dayı— bəlkə də bir yerdədirlər. Dünya tərəzisinin o biri gözündə, daha dürüst, daha ədalətli bir aləmdə. Əvvəllər bazarlıq etdikləri kimi, indi də səssiz-sədasız bir kölgədə oturub baxırlar bura. Ənvər müəllim— yaşadığı məhəlləyə, Elşən dayı isə halal zəhmətlə çörək qazandığı küçəyə.

Bəlkə də hər səhər onların baxışları düşür üzərimizə— görək, tərəzini düz çəkirikmi, haqqı tapdalamadan yaşaya bilirikmi?

Elşən dayının çiynində daşıdığı zəhmət, Ənvər müəllimin qələmində daşıdığı söz— hər ikisi bu torpağın alnıaçıq adamları idi.

Tərəzinin gözünü pozmayan, amma məhəllənin və zamanın gözündən düşən o az adamlardan biri olaraq yaddaşlarda qalacaqsan, Elşən dayı...

Və hər ikiniz bizə bir dua, bir ibrət, bir hekayə qoyub getdiniz.

Ruhlarınız şad, məkanlarınız nurla dolsun.

Savalan Talıblı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 May 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see312

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see238

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see219

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see203

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see198

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see197

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see196

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see195

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see195

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see194

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see194

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see193

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see192

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see192

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see191

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see190

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see189

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see187

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see187

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri