Icma.az
close
up
RU
Zehninizi inkişafı etdirmək üçün 8 film MƏSLƏHƏTİ

Zehninizi inkişafı etdirmək üçün 8 film MƏSLƏHƏTİ

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzən film və ya serial izləmək sadəcə vaxt itkisi, diqqəti yayındırmaq, stressi azaltmaq və ya sadəcə əyləncə vasitəsi deyil.

Eyni zamanda öyrənmək üçün də bir fürsətdir. Əslində, hər yerdən yeni biliklər əldə etmək mümkündür. Bəzi hekayə janrları sizi daha ağıllı edə, yaddaşınızı gücləndirə və dünyagörüşünüzü genişləndirə bilər.

Dünyanın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universiteti IMDb məlumatına əsasən tələbələrinə müəyyən filmlər tövsiyə edir.

"Cebheinfo.az" başlamaq üçün ilk 8 filmi təqdim edir:

1. “Pan”ın Labirinti (“Pan’s Labyrinth”)
Gilyermo del Toronun bu filmi 3 Oskar qazanıb. Ekran əsəri, 1940-cı illərin İspaniyasında baş verir. Hadisələr, anası ilə birlikdə qəddar və zalım bir hərbi kapitanın evinə köçən Ofeliya adlı bir qızın hekayəsini danışır. Ofeliya burada əslində sehrli bir krallığın şahzadəsi ola biləcəyini kəşf edir və ölümün, ağrının olmadığı o aləmə dönə bilmək üçün təhlükəli sınaqlardan keçməlidir.

2. “Ağ Lent” (“The White Ribbon”)
İki Oskar nominasiyasına namizəd olan Mixael Haneke filmi Birinci Dünya müharibəsi illərində Almaniyanın kiçik bir qəsəbəsində baş verir. Burada ard-arda dəhşətli hadisələr, ölümlər, qətllər, itkinlər, zorakılıqlar və başqa faciələr yaşanır. Qəsəbə sakinləri bu hadisələrin bir-birinə bağlı olub-olmadığını və bütün bu faciələrin arxasında gizlənən günahkarın kim ola biləcəyini anlamağa çalışırlar.

3. “Sakit Həyat” (“Still Life”)
Çin istehsalı olan bu filmdə hekayə yolları dağıdılmış bir şəhərdə iki yad insanın həyatlarının kəsişməsindən bəhs edir. Onlardan biri illər əvvəl onu tərk edən arvadını və heç vaxt görmədiyi qızını axtarır, digəri isə iki il öncə həmin şəhərdə yoxa çıxan ərinin taleyini öyrənməyə çalışır.

4. “Üç Rəng Trilogiyası” (“Three Colors Trilogy: Blue, White, Red”)
Bu trilogiya mavi, ağ və qırmızı filmlərindən ibarətdir.
Ağ - arvadı tərəfindən tərk edilən və ondan qisas almağa çalışan bir kişinin hekayəsini göstərir.
Qırmızı – başqalarının şəxsi həyatına müdaxilə edən bir hakimlə yolu kəsişən modelin taleyini danışır.
Mavi – həyat yoldaşı və övladını itirdikdən sonra yenidən həyata bağlanmağa çalışan bir qadının daxili mübarizəsini əks etdirir.

5. “Hanging Rock-da Piknik” (“Picnic at Hanging Rock”)

Bu Avstraliya filmi BAFTA mükafatına layiq görülüb. Hekayə 1900-cü ilin Sevgililər Günündə keçirilən bir pikniklə başlayır. Tədbir zamanı üç məktəbli qız sirli şəkildə yoxa çıxır. Onların taleyini heç kim bilmir, amma bu müəmmalı hadisə həm qəsəbə sakinlərinin, həm də itkin qızların ailələrinin həyatına dərin təsir göstərir. Toplum isə bu bilinməzliklə yaşamağı öyrənməyə məcbur olur.

6. “Suspiria”
"Suspiria", İtaliya qorxu kinosunun ən vacib nümunələrindən hesab olunur. Film, Avropanın ən nüfuzlu rəqs məktəblərindən birinə qəbul edilən amerikalı balerina Suzi barədədir. Tezliklə o, məktəbdə qəribə hadisələrin baş verdiyini və bu müəssisənin tələbələri təsirləyən qaranlıq bir sirri gizlətdiyini öyrənir. Bu sirr onun həyatını təhlükə altına salır.

7. “Prezidentin Bütün Adamları” (“All the President’s Men”)
Gerçək hadisələrə əsaslanan və 4 Oskar qazanmış bu film The Washington Post qəzetinin iki jurnalisti Bob Vudvord və Karl Bernstaynın araşdırmasını ekranlaşdırır. Jurnalistlərin dərc etdiyi xəbərlər ABŞ prezidenti Riçard Niksonun istefasına qədər gedib çıxan siyasi prosesləri alovlandırır.

8. “Paris, Texas”
BAFTA mükafatı qazanmış bu klassik film həm təsirli hekayəsi, həm də gözoxşayan operator işi ilə seçilir. Hekayə, illərlə məqsədsiz dolaşdıqdan sonra həyatına geri dönməyə çalışan bir kişinin və uzun müddət ayrı qaldığı oğlu ilə yenidən bağ qurma cəhdinin üzərində qurulub. O, həmçinin oğluna illər əvvəl onları tərk edən anasını tapmaqda kömək etməyə çalışır.

Qeyd edək ki, bu film tövsiyələrinin məqsədi tələbələri gələcəyə hazırlamaq, fərqli mədəniyyətləri tanıtmaq, daha yaradıcı ideyaları və müxtəlif düşüncə tərzlərini kəşf etmələrinə şərait yaratmaqdır. Bunlar düşündürən, kino tarixində iz qoyan və bir çox şeyi hərəkətə gətirə bilən filmlərdir.

Harvardın siyahısı isə 1800-cü illərdən günümüzə qədər uzanır və sinemanın ilk nümunələrindən tutmuş elmi-fantastik janrına, sənət filmlərindən xarici ekran işlərinə qədər 300-dən çox filmi əhatə edir. Başlamaq üçün ən yaxşı nümunələrdən bəziləri bunlardır.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri