Icma.az
close
up
RU
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?

Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdizadənin həyatını itirdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müzakirələr davam edir. Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, Pərviz Əhmədovun idarə etdiyi “Mercedes” Bakı-Quba yolunda texniki nasazlıq səbəbindən məcburi dayanıb.
Məlumatda bildirilir ki, sürücü avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, yalnız əl işarələri ilə digər sürücüləri xəbərdar etməklə kifayətlənib. Eyni zamanda Z. Mehdizadənin motosikleti sürücülük hüququ olmadan idarə etdiyi bildirilir.
Hadisə ilə bağlı ictimaiyyəti maraqlandıran əsas suallar isə hələ də cavabsız qalır. Avtomobil qəfil nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanarsa, sürücü konkret olaraq hansı təhlükəsizlik tədbirlərini görməlidir? Nəqliyyat vasitəsini kənara çəkmək mümkün olmadıqda qanunvericilik nə tələb edir? Belə hallarda sürücünü hansı cəza gözləyir?
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Bakupost.az-a nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, qəzaya ilk növbədə avtotexniki ekspertiza rəy verməlidir:
BakuPost
“Bu hadisə ilə bağlı cinayət işi açılıb və məlumatlardan da belə görünür ki, məsələ ciddi şəkildə araşdırılacaq. Çünki burada nəqliyyat vasitəsinin texniki nasaz vəziyyətdə olması, sürücünün texniki nasazlıq yaranarkən nəqliyyat vasitəsini təhlükəsiz zonaya çəkməməsi və ya buna cəhd göstərməməsi araşdırılacaq. Eyni zamanda qəzada həlak olan xanımın hərəkət sürəti və digər məsələlər də araşdırılacaq. Bunlar ən vacib məsələlərdir. Bunu sözlə ifadə etmək və bu barədə qərar vermək çox çətindir. Ancaq ümumilikdə düşünürəm ki, motosiklet sürücüləri ilə bağlı məsələ ciddi şəkildə nəzarətdə saxlanmalıdır. Çünki bu elə bir məsələdir ki, artıq ciddi narahatlıq yaratmağa başlayıb. Burada biz gənclərimizi, gələcəyimizi itiririk. Bu baxımdan məsələlərə çox ciddi yanaşılmalıdır. Bir qərar qəbul olunmalıdır ki, belə sürücülərə necə davranılsın, qayda pozduqları halda hansı tədbirlər görülsün”.
E.Muradlı qeyd edib ki, görüntülər müəyyən qədər fikir bildirməyə əsas verir. Onun sözlərinə görə, sürətin yüksək olması və mərhumun atasının etirafları da diqqətdən yayınmamalıdır:
“Cərimə və təhlükəsizlik tədbirləri ondan ibarət olmalıdır ki, ilk növbədə ən azı 15-20 metr məsafədə qəza üstü bucaq işarəsi quraşdırılmalıdır. Sürücüləri xəbərdar etmək üçün mümkün qədər əlavə tədbirlər görülməlidir və nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə kənara çəkilməsi üçün cəhdlər edilməlidir. Burada görünür ki, sürücü heç bir cəhd göstərmir, sadəcə əli ilə işarə edir.
Motosikletin sürəti o qədər yüksəkdir ki, mən əminəm ki, qız onu görməklə toqquşma eyni anda baş verib. Çünki situasiya bunu deməyə əsas verir. Yəqin ki, qarşıda başqa nəqliyyat vasitəsi olub və sürücü onu görməyib. Qarşıdakı maşın sağa çəkilib ki, dayanmış maşını ötüb keçsin, qız isə onu son anda görür və artıq gec olur - toqquşma baş verir. Burada baxmaq lazımdır ki, həmin nəqliyyat vasitəsi nə qədər vaxt orada saxlanılıb”.
Hüquqşünas Babək Umudov isə bildirib ki, hadisənin baş verməsində əsas səbəb sürücünün yol verdiyi qanun pozuntularıdır. Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” Qanunun 43-cü maddəsinə əsasən sürücü avtomagistralın hərəkət hissəsində məcburi dayandıqda, nəqliyyat vasitəsini bu Qanunun tələblərinə müvafiq nişanlamalı və onu bu məqsəd üçün nəzərdə tutulan zolağa (hərəkət hissəsinin qırağını göstərən xətdən sağdakı yol hissəsinə) çıxarmaq üçün tədbirlər görməlidir:
“Həmin Qanunun 52-ci maddəsinin tələblərinə görə, magistral yollarda və birtərəfli yolların sol tərəfində (xüsusi icazə verilmiş hallar istisna olmaqla) dayanmaq və durmaq qadağandır. Nasazlıq yarandıqda sürücü avtomobili mümkün qədər sağ çiyinə (yolun kənarına) və ya xüsusi dayanacaq cibinə çıxarmalıdır. Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir.
Həmin Qanun 55-ci maddəsinə əsasən dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır”.
Hüquqşünasın qeyd edib ki, sürücü yuxarıda sadalanan tədbirləri icra etməyib:
“Üstəlik sürücünün yoldan keçənləri əl işarələri ilə yönləndirməyə çalışması hüquqi əhəmiyyət kəsb etmir, əksinə, yüksək sürətli magistralda digər sürücülərin diqqətini yayındıran əlavə risk faktoru hesab olunur.
Bunları nəzərə aldıqda sürücünün əməlləri barədə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılması mümkündür. Maddənin tələbinə görə, avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
B.Umudov əlavə edib ki, motosiklet idarə edən xanım barəsində də bəzi məqamlara aydınlıq gətirilməlidir:
"Magistral yollarda sol zolaq adətən ötmə və yüksək sürət üçün nəzərdə tutulur. İstintaq ekspertizası (avtotexniki ekspertiza) motosikletin sürətini (magistralda icazə verilən sürət həddini aşıbmı) və xanımın qarşıdakı maneəni (avtomobili) görmə dərəcəsini (avtomobil işıqlandırılmamış sahədə dayanıbsa, motosikletin işıqları sahəni vaxtında görməyə imkan verirdimi?), həmçinin tormozlama imkanının olub-olmadığını (əgər avtomobil sürücüsü qəza nişanını qoysaydı, qəzanın qarşısını almaq texniki cəhətdən mümkün olardımı?) müəyyən etməlidir.
Mühüm hüquqi nüans ondan ibarətdir ki, motosiklet sürücüsünün yaşının az olması və ya vəsiqəsinin olub-olmaması avtomobil sürücüsünü məsuliyyətdən tam azad etmir. Çünki qəzanın baş verməsinin birinci dərəcəli səbəbi (səbəbli əlaqə) avtomobilin magistralın solunda görünməz və xəbərdarlıqsız şəkildə saxlanılmasıdır.
Nəticə olaraq, avtomobil sürücüsü yol hərəkəti qaydalarının qəza (məcburi) dayanması ilə bağlı birbaşa tələblərini pozaraq ağır nəticəyə yol açdığı üçün cinayət məsuliyyətinə cəlb olunacaq əsas şəxsdir. Vəfat edən şəxsin mümkün qayda pozuntuları (məsələn, vəsiqəsiz olması və ya sürət həddi) isə yalnız sürücünün cəzasının yüngülləşdirilməsi və ya müəyyən dərəcədə təqsir bölgüsü (mülki iddialar hissəsində) zamanı nəzərə alına bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 İyun 2026 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri