Zəif komandalarla oyunda işsiz qalırıq Qarabağ ın müdafiəçisi
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Qarabağ”ın futbolçusu Sami Mmae Misli Premyer Liqasının XI turunda “Neftçi”yə qarşı keçirilən oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- 2:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Yaxşı oyun keçirdik. Pressinq tətbiq edirdik, topu özümüzdə saxlayırdıq. Aqressiv idik. Düzdür, müəyyən səhvlərimiz oldu. Lakin yekunda qələbə qazandıq. Bu, bizim üçün yaxşı nəticə oldu.
- Demək olar ki, bu “Qarabağ” üçün bu mövsümdə ölkə çempionatında ən çətin oyun idi?
- Fərdi olaraq mənim üçün xeyr, ən çətin oyun deyildi. Əksinə, mənim üçün güclü komandalara qarşı oynamaq daha asandır. Çünki iddialı komandalar hücum edirlər, sən isə hərəkətdə olursan. Nisbətən zəif komandalarla görüşdə rəqib arxadan oynayır, biz isə işsiz qalırıq.
- Stadiondakı atmosferi necə qiymətləndirirsiniz?
- Atmosfer əla idi. Stadion azarkeşlər dolu idi. Bu cür şəraitdə oynamaq xoşdur. Çox istərdim ki, hər matçda stadionda belə ab-hava olsun.
- “Qarabağ” son illərin dəyişməz çempionu və bu mövsümün əsas favoritidir. Sizcə, hansı komanda qızıl medallar uğrunda mübarizədə komandanıza çətinlik yarada bilər?
- Çempionatda yaxşı komandalar var. İddialı kollektivlərin sayı az deyil. Hər klubun səviyyəsi var. Ona görə də bütün matçlara hazır olmalıyıq.
- Ümumilikdə Misli Premyer Liqasının səviyyəsini necə qiymətləndirirsiniz?
- Səviyyə pis deyil. Yaxşı komandalar, səviyyəli futbolçular var. “Qarabağ”a qarşı bütün komandalar yaxşı mübarizə aparırlar. Ona görə də hər matça ciddi köklənmək lazımdır.
Baxış sayı:49
Bu xəbər 10 Noyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















