Zəkam sürücülük vəsiqəsi almağa yetmir Aktrisa
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəli gənc aktrisa Bahar Şahin qatıldığı verilişdə səmimi açıqlamaları ilə diqqət çəkib.
"Unikal" xəbər verir ki, Şahin bu dəfə rollarından deyil, sürücülük vəsiqəsi almaqla bağlı təcrübələrindən danışıb. Aktrisa sürücülük vəsiqəsi almaqda çətinlik çəkdiyini bildirib.
O, dəfələrlə yazılı imtahandan keçdiyini və hər dəfə eyni nəticəni aldığını vurğulayıb.
"Bəzi şeyləri qəbul etməlisən, sürücülük vəsiqəsi ala bilmirəm, kifayət qədər ağıllı deyiləm. Zəkam buna yetmir. Sadəcə o imtahandan keçə bilmirəm. Dörd dəfə imtahan verdim və hamısında da 62 bal topladım", - deyə aktyor gülərək söuləyib və müəlliminin bunu "uğur" hesab etdiyini əlavə edib.
Şahin bu prosesdən sonra sürücülük vəsiqəsi almaq fikrindən imtina etdiyini və taksidən istifadə etdiyini açıqlayıb.
Xatırladaq ki, 29 yaşlı aktrisa “O Hayat Benim”, “Zalim İstanbul”, “Gülümse Kaderine” kimi ekran işlərində rol alıb.
Baxış sayı:109
Bu xəbər 07 Aprel 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















