Makron Rusiya ABŞ sammitinin başa çatmasını gözləyir: Zelenski ilə görüş...
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron Alyaskada keçiriləcək Rusiya-ABŞ sammiti başa çatdıqdan sonra ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə TF1 telekanalı Yelisey sarayına istinadən məlumat verib.
Fransa prezidentinin Administrasiyasından bildirilib ki, görüş, çox faydalı və effektiv olacağı halda, Alyaskadakı görüşdən sonra və qrafikdən asılı olaraq baş tutacaq".
Yelisey Sarayı əlavə edib ki, Makron və Zelenski "sıx və davamlı dialoq" aparırlar.
Xatırladaq ki, Vladimir Putin və Donald Trampın görüşü avqustun 15-də Alyaskanın Ankoric şəhərində ABŞ Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının Elmendorf-Riçardson müştərək hərbi bazasında baş tutacaq.

