Icma.az
close
up
RU
Zelenski daha da gücləndi, reytinqi artdı, qəhrəman statusu gücləndi

Zelenski daha da gücləndi, reytinqi artdı, qəhrəman statusu gücləndi

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya gündəmini zəbt edən, Ağ Evdə ABŞ prezidenti Donald Trampın və vitse-prezident Cey Di Vensin Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı ədəbsiz və qeyri - diplomatik davranışı heç bir halda razılaşdırılmış "səhnə" deyil. Zelenskinin mərd və qorxmaz cavablarından sonra vəziyyətin tamamilə nəzarətdən çıxması Trampı "bu bir şou" idi ifadəsi, əslində elə baş verənlərin gerçək olduğunun sadə, ancaq tutarlı sübutudur. Çünki, əgər Oval kabinetdə baş verənlər "şou" idisə, niyə Tramp onun "şou" olduğunu dedi, onda o "şou" nəyə və kim üçün səhnələşdirilmişdi, hədəf nə idi?!

Bu fikri "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, artıq şübhə yoxdur ki, Donald Tramp göründüyü və dediyi kimi, Amerikanın maraqlarına yox, Rusiyanın maraqlarının qulu, Putinin tapşırıqlarının icraçısıdır. Donald Trampın hələ keçən əsrin 80 - ci illərində Rusiya (Sovet) xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa (verbovka) cəlb edilməsi barədə tutarlı sübutlar ortadadır. Trampın artıq gizlətmədiyi şəkildə Rusiya maraqları üçün "vuruşması" onun, Rusiya tərəfindən şantaj edildiyinə də inamı artırır:

"Şübhə yoxdur ki, Tramp Zelenskini Putinin istəklərinə tam uyğun formada atəşkəsə məcbur edə bilsəydi, əslində elə bu atəşkəs razılaşması faktiki Ukraynanın tam kapitulyasiyasının rəsmiləşməsi idi. Çox maraqlı faktlardan biri də budur ki, əgər Zelenski Trampın təzyiq və təhdidləri ilə Putinin istədiyi razılaşmaya getsəidi, Ukraynanın nadir təbii ehtiyatları ABŞ-ın, daha doğrusu Trampın istismarına keçəcəkdi. Məlumatlar var ki, Ukraynanın təbii nadir metal ehtiyatlarının istismarı Trampa yaxın kapitalistlər və ona aid şirkətlər arasında bölüşdürülüb. Yeri gəlmişkən, məhz Ukraynanın təbii ehtiyatlarının istismarı ilə bağlı da İlon Mask və Tramp arasında fikir ayrılığı yaranlb".

O, qeyd edib ki, Tramp - Mask nümunəsi, dövlətçilik və ideoloji baxımdan artıq ABŞ siyasi elitasını, dərin dövlətini çox ciddi düşündürür. Təsadüfi şəxslərin və aliqarxların hakimiyətə gəlməsi artıq demokratyanın fəsadları hesab olunur:

"Oval kabinetdə baş verənlər birmənalı, Zelenskinin qələbəsi ilə bitdi və heç şübhəsiz ki, Zelenski daha da gücləndi, reytinqi artdı, qəhrəman statusu gücləndi. Həm də Zelenski Rusiyanın qlobal hərbi güc mifini məhv etdiyi kimi, Trampın qeyri adekvat davranışları ucbatından, Zelenski ABŞ-ın fövqəl dövlət reallığına sual yaratdı.

Hələ, Tramp prezident səlahiyyətlərinə başlamamış dəfələrlə qeyd etmişəm ki, Trampın hakimiyyətdən uzaqlaşması üçün ciddi addımlar atılacaq. Zelenskiyə qarşı Oval kabinetdə Trampın və onun komandasının siyasi ədəbsizliyi onun impiçmentinə əlavə gücdür".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Mart 2025 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri