Zelenski Ərdoğana təşəkkür etdi
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukraynanın Müstəqillik Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə “X” hesabında paylaşım edib.
“Ukraynanın suverenliyi və ərazi bütövlüyünə Türkiyənin qəti sadiqliyi görünməmiş dərəcədə möhkəm münasibətlərimizin əsasını təşkil edir. Ukrayna həmçinin sizin şəxsi iştirakınızı və Türkiyənin rus əsirliyində olan ukraynalıların geri qaytarılmasında, eləcə də sülhün yaxınlaşdırılması istiqamətində göstərdiyi vasitəçilik səylərini yüksək qiymətləndirir”, - deyə Zelenski bildirib.
Ukrayna lideri həmçinin Türkiyənin müharibənin başa çatdırılması və sülh prosesindəki rolunun əhəmiyyətini xüsusi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Avqust 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















