Icma.az
close
up
RU
Статья не опубликована
Zelenski hökuməti yaxşı anlayır ki, ABŞ ilə razılığa gəlməlidir Zeynal Əmrəliyev

Zelenski hökuməti yaxşı anlayır ki, ABŞ ilə razılığa gəlməlidir Zeynal Əmrəliyev

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ-ın əsas niyyəti bu müddət ərzində Ukraynanın mineral sərvətlərini ələ keçirmək idi. Lakin Ukraynanın da bu məsələdə öz tələbləri var. Zelenski hökuməti yaxşı anlayır ki, mineral sərvətlərin birgə istismarı ilə bağlı Tramp administrasiyası ilə razılığa gəlməlidir. Bununla belə, burada vacib bir məqam var: Ukrayna hökumətinin əsas istəyi ABŞ-ın istismar edəcəyi mineral sərvətlərdən ölkənin dirçəldilməsi üçün də istifadə olunmasıdır. Yəni Kiyev xüsusi bir fond yaradılmasını və həmin fonda toplanan vəsaitin böyük bir hissəsinin Ukraynanın yenidən qurulmasına yönləndirilməsini tələb edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Xatırladaq ki, ABŞ və Ukraynanın minerallarla bağlı sazişi razılaşdırması son günlərin ən çox müzakirə olunan mövzularındandır. Bu razılaşma Zelenskinin Trampın iradəsinə tabe olub-olmadığı və ABŞ-ın son aylardakı istəklərinin tam həyata keçib-keçmədiyi suallarını gündəmə gətirib. ABŞ Prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlamasında bildirib ki, sənədin yaxın zamanda imzalanması gözlənilir:

“Əslində, Bessent (ABŞ-ın maliyyə naziri Skott Bessent – red.) mənə bildirdi ki, nadir qazıntılarla bağlı razılaşma demək olar ki, yekunlaşıb. Tezliklə imzalanacaq.” Bu razılaşmanın geosiyasi nəticələri, Ukraynanın gələcəyi və ABŞ-ın bölgədəki strategiyası ilə bağlı müzakirələr davam edir.

Siyasi şərhçi bildirib ki, Ukrayna tərəfi hesab edir ki, əgər ABŞ ölkənin mineral sərvətlərindən istifadə etmək istəyirsə, o zaman Ukraynada investisiya qoyuluşunu da nəzərə almalıdır.

“Zelenski hökuməti təklif edir ki, ABŞ-la Ukrayna arasında razılaşma çərçivəsində vəsaitin böyük hissəsi bu fonda köçürülsün. Lakin Tramp administrasiyası bu təkliflə razılaşmaq istəmir. Onlar bunun əvəzinə Ukraynaya dəstəyi davam etdirməyi və qarşılığında mineral sərvətlərin tamamilə ABŞ-ın ixtiyarına buraxılmasını təklif edirlər. Bu məsələ Ukrayna cəmiyyətində birmənalı qarşılanmır. İstər müxalifət, istərsə də Ukrayna mediası son zamanlar ABŞ-ın mövqeyini tənqid edir. Açıq şəkildə görünür ki, prezident Volodimir Zelenski bu müqaviləni imzalamaqda maraqlı deyil, lakin onun başqa alternativi də yoxdur. O, müqaviləni imzalamaq niyyətində olduğunu açıqlasa da, hələlik real addımlar atılmayıb. Bütün bunlar göstərir ki, ABŞ-ın Ukraynaya dəstəyinin davam etdirilməsi üçün atılan addımlar hələ də müzakirə mərhələsindədir. Tramp administrasiyası bu məsələdə razılaşmanın əldə olunduğunu bəyan etsə də, Ukrayna tərəfdən hələlik müsbət siqnallar verilmir. Zelenski və hökumət nümayəndələri rəsmi açıqlamalarında razılaşma imzalamağa hazır olduqlarını bildirsələr də, praktiki olaraq bu istiqamətdə konkret addımlar atılmayıb. Hazırda tərəflər arasında danışıqlar davam edir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 27 Mart 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri