Icma.az
close
up
RU
Zelenski ilə Putin Türkiyədə görüşəcəklər? Sərt tələblər və ləğv edilməmiş qanun

Zelenski ilə Putin Türkiyədə görüşəcəklər? Sərt tələblər və ləğv edilməmiş qanun

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya və Ukrayna arasında atəşkəslə bağlı müzakirələr davam edir. Tərəflər arasında İstanbulda növbəti görüşün keçirilməsi məsələsi iki gündür, gündəmi zəbt edib. Lakin bu dəfə söhbət nümayəndə heyətləri yox, birbaşa liderlərin - Putin və Zelenskinin görüşündən gedir. Hətta Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını, həmçinin bu kontekstdə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacağını açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski də rusiyalı həmkarına cavab verərək, onu mayın 15-də Türkiyədə gözləyəcəyini səsləndirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində bu görüşün keçirilməsi üçün ölkəsinin ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Bəs bu görüşün baş tutması nə qədər realdır və tərəflərin danışıqlara yanaşması və şərtləri hansı nəticələr doğura bilər?

Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Oqtay Qasımov deyib ki, 30 günlük atəşkəs Amerika Birləşmiş Ştatları tərəfindən mart ayında Səudiyyə Ərəbistanında Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşündə təklif edilmiş, Ukrayna da bunu qəbul etmişdi:

"Lakin Rusiya növbəti iki ay ərzində bu təklifə müsbət yanaşdığını söyləsə də, bu, konkret əməli addımlarla müşahidə olunmadı.

İndi isə elə bir vəziyyət yaranıb ki, ABŞ belə, Rusiyanı prosesləri yubatmaqda ittiham etməyə başlayıb. Hətta Prezident Donald Tramp, vitse-prezident Ceyms Devid Vens, o cümlədən dövlət katibi Marko Rubio və digər rəsmilər Rusiyanın sülhdə maraqlı olmadığı ilə bağlı bu və ya digər formada açıqlamalar verməyə başlayıblar ki, bu da Moskva üçün məqbul vəziyyət sayılmamalıdır. Düşünürəm ki, Vladimir Putinin İstanbul görüşü ilə bağlı səsləndirdiyi fikirlər həm yaranmış situasiya ilə bağlıdır, həm də bu məsələdə Çin rəhbəri ilə görüşün də müəyyən təsiri olub. Görünür ki, Pekin müharibənin dayandırılması üçün Rusiyanı inandırmağa çalışıb".

"Bundan əvvəl Rusiya məhz Ukraynanın 30 günlük müddətdən istifadə edəyəcəyini söyləməklə prosesi əngəlləyirdi, amma hazırda özü kifayət qədər sərt tələblər ortaya qoyur. Bu tələblərin arasında Ukraynanın heç vaxt NATO-ya üzv olmaması ilə bağlı rəsmi öhdəlik götürməsi, Rusiyanın işğal etdiyi ərazilərin qanuniləşdirilməsinə Kiyevin razılıq verməsi istənilir. Bundan başqa, Ukrayna ordusu və təhlükəsizlik qurumlarının say tərkibinin azaldılması kimi tələblər də var. Düşünmürəm ki, bunlar Ukrayna tərəfindən qəbul edilsin. Ukrayna müəyyən güzəştlərə gedə bilər, amma tam şəkildə Rusiyanın istədikləri olmayacaq və bu da o deməkdir ki, biraylıq atəşkəsdən də nəticə çıxmayacaq", - deyə analitik vurğulayıb.

Müsahibimiz əlavə edib ki, bu, müharibənin davam etməsi anlamına gəlməməlidir:

"Çünki Ukraynaya da, Rusiyaya da müəyyən qədər fasilələr lazımdır. Üçillik qarşıdurma hər iki tərəfi kifayət qədər yorub və ciddi itkilər var. Bunların yerini doldurmaq üçün də zaman lazımdır".

Türkiyəli siyasi şərhçi Engin Özer isə Oxu.Az-a açıqlamasında bildirib ki, danışıqlarla bağlı ən mühüm problem odur ki, Ukrayna hələ də danışıqları qadağan edən qanunu ləğv etməyib:

"Buna görə də biz hər iki tərəfin diplomatik manevrlərini görürük. Ukrayna atəşkəslə bərabər, danışıqlara başlayıb, birbaşa Putinlə görüşməyi təklif edir. Ancaq burada da bir problem var. Atəşkəs razılaşmalarında danışıqları diplomatlar və hərbçilər aparırlar, saziş imzalanarkən isə dövlət başçıları bir araya gəlirlər. Ona görə də bu danışıqlar Ukraynanın manevri kimi də görünür. Lakin son proseslərdə həm Avropa İttifaqının Rusiyaya təzyiqi artırması, həm də Rusiyanın əlavə üstünlük əldə etməsi cəbhədə mübarizənin yekunlaşmaq üzrə olduğunu göstərir".

"İstanbulda danışıqlar mütləq olacaq. Ola bilsin ki, bu danışıqlar mayın 15-də olmasın, amma yaxın günlərdə baş tutacaq. Bu baxımdan, proseslərin indiki mərhələsində pozitivlik hiss olunur. Çünki sülh sazişi olmasa belə, ən azından, uzunmüddətli atəşkəs razılaşmasından söhbət gedir. Yəqin ki, bir ay ərzində razılaşma əldə ediləcək".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 May 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri