Zelenski İlham Əliyevə təşəkkürünü bildirdi
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ukraynaya rəsmi səfərim zamanı Prezident Volodimir Zelenski tərəfindən qəbul edildiyim üçün məmnunam".
Bakıvaxtı.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Söhbət zamanı Azərbaycan-Ukrayna Strateji Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr apardıq, xüsusən də siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə diqqət yetirdik.
Mən, həmçinin, Prezident Zelenskiyə Cənubi Qafqazdakı münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəliləməsi üçün səylər və Azərbaycanın azad edilmiş ərazilərində aparılan genişmiqyaslı yenidənqurma işləri barədə məlumat verdim.
Prezident Zelenskinin Azərbaycanın Ukraynaya humanitar yardımı ilə bağlı xoş sözlərini və davamlı dəstəyimizə görə Prezident İlham Əliyevə minnətdarlığını yüksək qiymətləndirirəm", - deyə XİN rəhbəri yazıb.
Baxış sayı:113
Bu xəbər 06 Avqust 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















