Zelenski: Kiyevə hücum nəticəsində 13 nəfər ölüb, 90 ı yaralanıb
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyevə edilən kütləvi hücum nəticəsində ən azı 13 nəfər ölüb, 90-dan çox insan yaralanıb.
Məlumatı “Anadolu” yayıb.
“Kiyevdə Rusiya hücumunun nəticələrinin aradan qaldırılması davam edir: xilasedicilər dağıntıları təmizləyir, insanları axtarır və yardım göstərirlər. Şəhərdə əsasən yaşayış binaları olan 20-dən çox yerdə ziyan qeydə alınıb. Təcili yardım stansiyası, elmi institut, otel və müəssisələr də zərər görüb”, - deyə dövlət başçısı Telegram-da yazıb.
Zelenski əlavə edib ki, Xarkov vilayətində bir uşaq da daxil olmaqla beş nəfər, Kiyev vilayətində isə iki nəfər yaralanıb.
Onun sözlərinə görə, həmin gecə Sumı, Dnepropetrovsk, Zaporojye və Çerkasy vilayətlərinə də hücum edilib.
Prezident bildirib ki, gecə hücumu zamanı Ukraynaya təxminən yarısı ballistik raketlər olmaqla 70-dən çox müxtəlif tipli raket, eləcə də “Şahed” sinifli reaktiv dronlar da daxil olmaqla 500-ə yaxın hücum dronu atılıb. Əsas zərbə Kiyevə dəyib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 02 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















