Icma.az
close
up
RU
Zelenski möhkəm və etibarlı tərəfdaş axtarır

Zelenski möhkəm və etibarlı tərəfdaş axtarır

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovu geri qaytarmaq və Rusiya ilə danışıqların intensivləşdirilməsi üçün yardım almaq məqsədilə Türkiyəyə səfər edib. Kiyevin barışmaz mövqeyi isə İstanbul prosesinin sürətlənməsinə mane olur.
Reyting.az
xəbər verir ki, bu barədə “Regnum” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur ki, Zelenski Türkiyəyə tez-tez səfər edir, lakin Donald Trampın ABŞ-da hakimiyyətə gəlməsindən sonra onun Ankaraya səfərləri daha da intensivləşib:
Zelenski fevralın 18-də, Trampla Ağ Evdəki gərgin görüşündən xeyli əvvəl Ankaraya səfər etmişdi. Həmin vaxt ABŞ prezidenti artıq Səudiyyə Ərəbistanında Ukrayna və Avropa nümayəndələri olmadan Rusiya ilə birbaşa danışıqlar aparırdı.
Zelenski dəstəyə ehtiyac duyur və bunu Ərdoğanda tapmağa çalışır. Zelenski o qədər ruhlanmışdı ki, Türkiyənin sülhməramlı qüvvələrini Ukraynaya göndərməyə hazır olduğunu belə bəyan etdi.
Donald Tramp və Vladimir Putin İstanbul danışıqlarına başlamağa razılıq verəndən sonra Zelenski may ayında ikinci dəfə Ankaraya gedib. Bundan sonra o, Putinlə görüşə ümid edərək, Rusiya lideri gəlməsə danışıqları pozacağını belə bildirib. Lakin fevral səfəri kimi may səfəri də nəticəsiz qalıb.
Altı aydan sonra Zelenski yenidən Türkiyədə peyda olub.
Səfərin məqsədi əvvəlkilərlə oxşardır: Rusiya ilə danışıqların yenidən başlaması və intensivləşdirilməsi. Zelenski Ankaraya yollanmadan əvvəl Qərb tərəfdaşlarına təqdim edəcəyi “inkişaf etdirilmiş həll yollarından” danışmışdı.
Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun da həmin vaxt Türkiyəyə getdiyini nəzərə alaraq Zelenski öz təkliflərini ona çatdırmağa ümid edirdi. Lakin bu görüş baş tutmayıb.
Ağ Ev münaqişənin həlli üçün 28 bəndlik plan hazırlayıb: qoşunların Donbasdan çıxarılması, ordunun yarıya qədər azaldılması, rus dilinin statusunun tanınması. Bunun qarşılığında Kiyev Xerson və Zaporojyedə cəbhə xəttinin dondurulmasına və təhlükəsizlik zəmanətlərinə razı olmalıdır.
Zelenskinin planı isə bu təkliflərlə uyğun gəlmirdi və ciddi güzəştlər nəzərdə tutmadığından görüş ləğv olunub.
Bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan kifayət qədər diqqətçəkən açıqlama vermişdi: “Ukraynadakı münaqişə mümkün qədər yekunlaşmağa yaxındır”.
Beləliklə, Zelenski yenə Ərdoğanla kifayətlənməli olub. Eyni zamanda ABŞ və Rusiya Avropanı və Ukraynanı kənarda qoyaraq danışıqları davam etdirirlər.
Bununla belə, indiki şəraitdə Ərdoğanla görüş Zelenski üçün mühüm uğurdur. Çünki Vaşinqtondan sülh danışıqları ilə bağlı ciddi ümid gözləmədiyi aydın görünür.
Birgə mətbuat konfransında Zelenski ənənəvi olaraq Ərdoğanı tərifləyərək Türkiyənin məhbus mübadiləsinə verdiyi dəstəyi qeyd edib.
Türkiyəli politoloqlar Zelenskinin səfərini “Kiyevin Ankara və mümkün Amerika kanalları vasitəsilə dayanmış danışıqlar prosesini canlandırmaq cəhdi” kimi qiymətləndirirlər.
ABŞ-ın Kiyevə hərbi və maliyyə dəstəyini azaltması, Fransa və İsveç tərəfindən təyyarələrin maliyyələşdirilməsinin qeyri-müəyyən qalması fonunda Zelenskinin ikinci məqsədi yeni müdafiəçi tapmaqdır.
Mərmərə Universitetinin professoru İlyas Kamaloğlu yazır ki, “Qərbdən istədiyi dəstəyi ala bilməyən və sanksiyaların səmərəsizliyini görən Kiyev sülhə hər zamankından daha çox can atır və bu prosesdə Türkiyənin dəstəyinə ehtiyac duyur”.
Ərdoğan isə ənənəvi olaraq “ərazi bütövlüyü” və Krım tatarlarının müdafiəsi ilə bağlı mövqeyini təkrarlasa da, pul və “Bayraqtar” tədarükündə Avropa və ABŞ qədər riskə getməyəcək. Əks halda, Ankara vasitəçilik statusunu və Moskva ilə gəlirli enerji layihələrini itirə bilər.
Səfərin üçüncü, ən praqmatik məqsədi isə Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Bürosunun araşdırdığı böyük qalmaqalda adı hallanan şəxslərlə bağlı olub.
Əsas fiqur - Zelenskinin uzunmüddətli biznes ortağı Timur Mindiçin Ukrayna prezidenti ilə görüşə biləcəyi iddia edilirdi, lakin onun İsraildə olduğu bildirilir.
Rustem Umerovla görüş isə daha real görünürdü. O, “Mindiç lentləri” kimi tanınan telefon danışıqlarında yer alır və Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu tərəfindən “cinayətkar təsir göstərməkdə” ittiham olunur. Ordunun keyfiyyətsiz gülləkeçirməyən jiletlərlə təmin edilməsində onun adı çəkilir.
Bəzi məlumatlara görə, Umerov ABŞ, Qətər və Türkiyəyə “işgüzar səfərlərə” gedərək istintaqdan yayınmağa çalışsa da, Ankarada Zelenskini şəxsən qarşılayıb.
Zelenski üçün vəziyyətə nəzarət etdiyini göstərmək çox vacibdir. O, Umerovu məhkəmə təhlükəsi olsa belə Ukraynaya qayıtmağa inandırmalıdır. Əgər Umerov məsuliyyətə cəlb olunarsa, Zelenskidən onu geri qaytarmaq tələb olunacaq, əks halda ictimaiyyət bunu mənfi qarşılayar.
Ərdoğanın bu prosesdə rolu ola bilər. Çünki Umerovun Türkiyə ilə yaxın əlaqələri, o cümlədən “Lifecell” şirkətində fəaliyyəti və Mustafa Cəmilevlə əməkdaşlığı bunun üçün zəmin yaradır. Hətta onun Gülən hərəkatı ilə əlaqəsi olduğuna dair iddialar da var.
Nəhayət, Umerov Türkiyədən Ukraynaya qayıdıb. Bu qərara Türkiyənin nə dərəcədə təsir etdiyi məlum deyil.
Korrupsiya qalmaqalı, Pokrovsk istiqamətində geri çəkilmələr və orduda etimadsızlıq fonunda Zelenski özünü zəif hiss edir.
Avropadan silah tədarükü ilə bağlı verilən vədlər çoxdur, lakin “Politico”nun yazdığına görə, fransız “Rafale” qırıcıları Rusiyanın yeni hücumlarının qarşısını almağa qadir deyil.
Korrupsiya araşdırmaları hökumətin nüfuzunu zəiflədir və cəbhədəki “yorğun” hərbçilərin etimadını sarsıdır.
Bir sözlə, Zelenski həm beynəlxalq dəstəyə, həm də sülh prosesində real uğura ehtiyac duyur.
Ərdoğan bu dəstəyi verə bilər; sual yalnız onun formasındadır. Zelenski çevriliş və ya etimadsızlıq riski ilə üzləşdiyi halda, hətta simvolik dəstək belə onun üçün vacibdir.
Amma sülh danışıqlarının uğuru Türkiyədən daha az asılıdır. Burada əsas söz Putin və Trampındır. Onlar razılığa gələcəkləri halda Zelenski onların şərtlərini qəbul etmək məcburiyyətində qala bilər.
Ərdoğan isə sevinclə İstanbulda yeni danışıqlar masası qurmağa hazırdır - kim oturacaqsa.
Qəribədir ki, cəbhədə və daxildə zəifləyən Zelenski yalnız Putin və Trampa deyil, Ərdoğana da uyğunlaşmalı olur. Çünki o, nə qədər müqavimət göstərsə, İstanbul prosesinin uğur şansı bir o qədər azalır. Bu isə Ərdoğanın sülhməramlı kimi rol alma imkanlarını məhdudlaşdırır.
Y. QACAR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Noyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri