Zelenski: Müharibəni bu il bitirmək üçün mümkün olan hər şeyi edirəm
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Ukrayna bu il müharibəni bitirmək üçün mümkün olan hər şeyi edir. Müharibənin dayandırılması Ukrayna və onun tərəfdaşlarının ümumi məqsədidir.
Ukrayna KİV-ləri xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski Almaniyada "Ramştayn" formatında keçirilən iclasda çıxışı zamanı bildirib.
"Bu il müharibənin Ukrayna və bütün Avropa üçün ləyaqətli şəkildə başa çatması üçün mümkün olan hər şeyi edirəm. Və bilirəm ki, sizin dəstəyinizə güvənə bilərəm. Hamımız yadda saxlamalıyıq ki, müharibənin dayandırılması Rusiyanın yox, bizim ümumi məqsədimizdir - bunu ukraynalılar, avropalılar, amerikalılar və bir çox qlobal tərəfdaşlarımız istəyir", - Zelenski vurğulayıb.
O, həmçinin qeyd edib ki, Yaponiya, Səudiyyə Ərəbistanı və Argentina kimi ölkələr də Ukraynaya sülh arzulayır.
Ukrayna Prezidenti hesab edir ki, Rusiyanın 2025-ci il üçün hərbi büdcəsi ötənilki büdcədən 25 % çox olduğu üçün onun bütün enerji sektoruna qarşı sanksiyalar tətbiq edilməlidir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 09 Yanvar 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















