Zelenski: Ordumuzun Kurskda mühasirəyə alınmasından söhbət gedə bilməz
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kursk vilayətində toqquşmaların davam etdiyini bildirib və əlavə edib ki, “Əsgərlərimizin mühasirəyə alınmasından söhbət gedə bilməz”.
Turkustan.az xəbər verir ki, Zelenski Telegram vasitəsilə verdiyi açıqlamada Ukrayna və Rusiyanın Kursk bölgəsində cəbhə xəttində baş verən son hadisələrlə bağlı məlumat verib.
Ukrayna Baş Qərargah rəisi Aleksandr Sirski ilə görüşdüyünü və cəbhədəki vəziyyətlə bağlı məlumat aldığını bildirən Zelenski, “Pokrovsk istiqamətində vəziyyət sabitləşib” deyib.
“Bizim silahlı qüvvələrimiz Kursk vilayətinin bəzi ərazilərində fəaliyyətini davam etdirir”, - deyə Zelenski Kursk vilayətində baş verən son hadisələrlə bağlı bildirib.
Ukrayna ordusunun bu bölgədə rus və Şimali Koreya əsgərlərinin hücumlarının qarşısını almağa davam etdiyini vurğulayan Zelenski, "Əsgərlərimizin mühasirəyə alınmasından söhbət gedə bilməz" açıqlamasını verib.
Rusiyanın müharibəni uzatmağa çalışdığını iddia edən Zelenski məsələ ilə bağlı müttəfiqlərini məlumatlandıracaqlarını bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 15 Mart 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















