Icma.az
close
up
RU
“Zelenski Qərbi Putinə “təzyiq dilini“ gücləndirməyə çağırıb“ Ukrayna KİV ləri

“Zelenski Qərbi Putinə “təzyiq dilini“ gücləndirməyə çağırıb“ Ukrayna KİV ləri

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Rusiya Ukraynanın enerji infrastrukturu və hərbi təlim mərkəzinə zərbələr endirib..."

Rusiya ordusu oktyabrın ortalarından etibarən Ukraynanın enerji sisteminə görünməmiş miqyasda hücumlara başlayıb. Təkcə bir gecə ərzində yüzlərlə "Shahed" dronu və onlarla raket müxtəlif istiqamətlərdən infrastruktur obyektlərinə tuşlanıb.

Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri məlumat yayıb.

Qaz infrastrukturuna sistemli zərbələr

Məlumatda deyilir ki, zərbələrin əsas hədəfi qaz hasilatı və istilik təminatıdır. Lakin yalnız boru kəmərləri deyil, arxa cəbhədə yerləşən hərbi təlim poliqonları da vurulur.

"Naftoqaz" və "DTEK Naftogaz" şirkətlərinin bir neçə kritik obyektinə eyni vaxtda hücum edilib. Poltava vilayətindəki qaz hasilatı məntəqələri fəaliyyətini dayandırıb, bəzi rayonlarda minlərlə sakin qazsız qalıb. Bir neçə vilayətdə partlayışlar həm birbaşa zərbələrdən, həm də raket qalıqlarından yaranıb.

"Onlarla raket və yüzlərlə dron qaz və istilik verən mülki obyektləri vurub. Daxili hasilat azalır, idxalı artırmaq məcburiyyətindəyik", - "Naftoqaz" rəsmiləri bildirir. Energetika Nazirliyi artıq 30 faiz əlavə qaz idxalı üçün danışıqlara başlayıb. Ekspertlərin hesablamalarına görə, hücumlar ümumi qaz hasilatının təxminən 60 faizini sıradan çıxarıb.

Hədəf yalnız energetika de­yil

Eyni gecə Rusiyanın ballistik raketləri Ukrayna Silahlı Qüvvələrinin arxa cəbhədə yerləşən bir təlim bazasına tuşlanıb. Təhlükəsizlik tədbirlərinə baxmayaraq, ölən və yaralananlar var. Ordu rəhbərliyi hadisə ilə bağlı xidməti araşdırma başladıb və həlak olanların ailələrinə başsağlığı verib.

"Putini dayandırmaq üçün indi şans var"

Ukrayna prezidenti Vladimir Zelenski müraciətində hücumların vahid məqsəd daşıdığını deyir, bu da qışı soyuqsuz deyil, qazsız keçirməkdir. Onun sözlərinə görə, düşmən hazırda "ikiqat terror" taktikasından istifadə edir.

Əvvəlcə "Shahed", ardınca kasetli sursatla təkrar zərbələr sıradan çıxan obyektləri bərpa edən yanğınsöndürənləri və energetikləri vurmaq məqsədi daşıyır. "Putin dünya ilə dialoqa qapalıdır. O, yalnız təzyiq dilini başa düşür - sanksiyalar və uzaqmənzilli zərbə imkanları ilə edilən təzyiq", - Zelenski ABŞ və Avropaya xəbərdarlıq edir.

Qışdan əvvəl son yoxlama

Rusiyanın hər günlük hücumları Ukraynanın enerji sistemini "davam gətirmə testinə" çevirib. Əgər Qərb ölkələri əlavə hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli silahlarla kömək etməsə, Ukrayna qaz istehsalını öz gücü ilə bərpa edə bilməyəcək. Amma eyni zamanda bu vəziyyət Qərb üçün də seçim anıdır - ya enerji terroru dayanacaq, ya da Avropa bu qışı yenə Kreml sınağı ilə qarşılayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see194

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see187

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see181

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see151

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see146

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see127

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see127

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri