Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın əvvəlində nəzərdə tutulan Rusiya və ABŞ nümayəndələri ilə üçtərəfli görüşün planlarını təsdiqləyib.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bunu Vaşinqtondakı “Hudson Institute”da onlayn çıxışı zamanı bildirib.
O, ABŞ Prezidentinin nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla telefon danışığı apardığını qeyd edib.
“Biz istənilən gün, hətta sabah görüşməyə hazırıq, hər şey ruslardan asılıdır”, – Zelenski deyib.
Ukrayna Prezidenti xatırladıb ki, belə bir görüşün hələ sentyabrda keçirilməsi gözlənilirdi. Lakin “Rusiya tərəfi danışıqlardan imtina etmək üçün səbəb tapdığından” görüş baş tutmayıb.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov üçtərəfli görüşün noyabrın əvvəlində Əbu-Dabidə keçiriləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, görüşün əsas mövzusu sülh nizamlamasına nail olunduqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 23 Oktyabr 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















