Zelenski seçki ilə bağlı müzakirələrə son qoydu
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Təkcə bu gün Rusiya hərbçiləri Ukraynaya 267 “Şahid” PUA-sı ilə hücum edib.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.
O bildirib ki, Ukraynada seçkilərlə bağlı məsələ Rusiya tərəfindən qaldırılıb:
“Bu gün ABŞ-da da bu fikir səslənməyə başlayıb. Bu, ciddi və təhlükəli dalğadır. Ukrayna üçün seçkilərin keçirilməsi son dərəcə vacibdir, lakin müharibə şəraitində bu, mümkün deyil. Müharibə zamanı insanlar, hərbçilər necə səs verəcəklər? 267 pilotsuz təyyarə hücum edərkən necə səs verə bilərsiniz?”
O, ABŞ-ın Rusiyanın müharibənin bitməsini istədiyi barədə bəyanatlarını tənqid edərək, işğalçıların kütləvi hücumlarını davam etdirdiyini xatırladıb:
“Amerikalılar deyirlər ki, ruslar müharibənin bitməsini istəyir. Yalnız müharibə istəyən adam 267 PUA ilə hücum edir. Sum və Xarkov vilayətlərində səsvermə necə olacaq? Kupyansk nə olacaq? Müşahidəçilər harada olacaq? Onlar cəbhəyə gedəcəklərmi?”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 24 Fevral 2025 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















