Zelenski tanınmış futbolçuya sanksiya tətbiq etdi: Ölkəni Putinə təslim edirlər
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Ukrayna prezidenti Vladimir Zelenski fərmanı ilə bir sıra gürcü siyasətçilərə, o cümlədən prezident Bidzina İvanişviliyə və Tbilisi meri Kaxaber Kaladzeyə qarşı sanksiyalar tətbiq edib.
Publika.az xəbər verir ki, sanksiyaların səbəbi Gürcüstan hakimiyyətinin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina edərək Rusiya ilə əməkdaşlığa tərəfdar olan hərəkətləri olub.
Zelenski bu hərəkəti “Gürcüstanı Putinə təslim etmək” kimi şərh edib.
Kaladze son vaxtlar bir sıra qəribə bəyanatları ilə diqqət mərkəzinə düşüb. Onun Gürcüstanda “Ukraynadakı vəziyyət təkrarlanmayacaq” deməsi ciddi tənqidlərə səbəb olub.
Qeyd edək ki, Kaladze Kiyev “Dinamo”sunun və Gürcüstan millisinin keçmiş futbolçusudur. Kaladze Avropada tanındığı "Milan"a məhz Ukrayna təmsilçisindən transfer olunub.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 Dekabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















