Icma.az
close
up
RU
Zelenski təkcə Ağ ev dənmi qovuldu? TƏHLİL

Zelenski təkcə Ağ ev dənmi qovuldu? TƏHLİL

Icma.az, Aznews.az saytına istinadən bildirir.

İnsafən, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə danışıqların havasını yumşaltmaq üçün açıq jestlər etmişdi. O, bir neçə gün öncə “diktator” adlandırdığı Volodimir Zelenski barədə dediklərini açıq siyasətdə o qədər də təəccüblü olmayan, amma bənzərinə tez-tez də rast gəlinməyən bir jestlə arxa plana itələmişdi. Trampın özü və administrasiyasının önəmli fiqurları Ukrayna prezidentini bəzən kəskin tənqid etmiş, bəzən də diplomatik qaydalar çərçivəsində “ağıllı olmağa” çağırmışdılar. Elə bu üzdən də Ukrayna prezidenti Ağ evə Co Bayden dönəmindən fərqli olaraq “Dear Volodimir” və ya “indulgent Zelenski” kimi daxil ola bilməyəcəyinini bilməli idi. Lakin o, Tramp administrasiyasının istinad etdiyi oturuşmuş siyasət və ədəb qaydalarına məhəl qoymadığını nümayiş etdirməyə üstünlük verdi və lütf edib Ağ evin önündə onu gözləyən Donald Trampın qarşısına qeyri-rəsmi libasda çıxdı. Bu, Tramp tərəfindən müsafirin “gəmidə oturub, gəmiçi ilə dava etməyə” gəldiyinə ilk işarə kimi yozuldu və o, obrazlı ifadə etsək, “yenə altdan geyinib, üstdən qıfıllanmısan” deyərək Zelenskini doplomatik dillə məzəmmət etdi.

Oval ofisdə ilk baxışda Volodmir Zelenski təmkinli idi, nəzakəti əldən verməməyə, Tramp və Venslə “pozitiv dialoq” qurmağa meyilli görsənirdi. Lakin bu görünüş Zelenskinin siyasi məharətinin və üslubunun yox, aktyorluq təcrübəsinin təzahürü idi. Zelenksi sırf şoumen hissiyatı və intuisiyası ilə həm publikaya oynadı, həm də ABŞ-dakı və dünyadakı anti-Tramp düşərgənin alqışını qazanmağa çalışdı. Bu cəhd Konqresdə, Avropa Birliyində və digər təmtəraqlı siyasət məkanlarındakı aplodisment qədər şövq yaratmadı. Hətta müqayisə uğursuz yox, son dərəcə uğursuz olmasına baxmayaraq, ona ünvanlanan “bravo”lar vaxtilə ABŞ-a qarşı savaşda Səddam Hüseynin əldə etdiyi irrasional çəpiklərə bənzəyir. Tramp Ağ evdə 4 il otura biləcəkmi? Sual artıq müzakirə olunmağa başlayıb və Donald güllə qulağının dibindən keçərəkən olduğu qədər həmişə şanslı olmaya bilər. Bəs, ABŞ-ın hərtərəfli maddi dəstəyi olmadan (bura hərbi təyinatlı mallar da daxildir) Ukrayna Rusiya qarşısında 4 il duruş gətirə bilərmi? Bu da ən optimist analitikləri, ən yaxşı halda, “bəlkə” ilə başlayan cümlələr qurmağa sövq edə bilər. Siyasət, xüsusən də geopolitika amansızdır- “bəlkə”ləri nə əkir, nə də biçir.

ABŞ prezidenti Tramp zamanı qabaqlamaq istəyir, çünki fövtə verilmiş zamanın onun ölkəsinin əleyhinə işlədiyinə əmindir. ABŞ-ın timsalında dünya lideri olan bir dövlət cari və strateji siyasətində uzunmüddətli tendensiyaları nəzərə almalıdır. Bu, ilk növbədə texnoloji inqilablar və Süni İntellektin yeni modellərinin ortaya çıxması ilə dünyanı gözləyən köklü dəyişikliklərdir. ABŞ məhz bu dəyişikliklərə köklənərək Çin, Rusiya və qarşısında o qədər dayanıqlı olmasa da, İrana geosiyası rəqabətdə qalib gələ bilər. Rusiya-Ukrayna savaşı bu baxımdan Avrasiyada ABŞ-ın işinə yarayır, Kreml dünyaya təsirini itirir, lakin Asiyadakı Çin vəziyyətdən maksimum istifadə edərək qlobal iqtisadi liderliyə yüksəlir. Odur ki, Tramp Ukraynanı Rusiyanın balansına verməməklə sözügedən ərazini bufer zona kimi saxlamağa çalışır. 4 aprel 2023-cü ildə Fİnlandiya, 7 mart 2024-cü ildə isə, İsveç NATO-ya qoşulub. Bu genişlənmə, xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra, Baltik regionunda təhlükəsizliyin gücləndirilməsi məqsədini daşıyır. Baltik regionunda təhlükəsizliyini təmin etmiş Qərb üçün Ukrayna ərazisinin bir növ neytral zona kimi istifadə olunması Rusiyanın da strateji maraqlarına uyğun görünür. Elə bu səbəbdən də Tramp Rusiya prezidenti Vladimir Putinlə anlaşacağına inanır və “mən atəşkəs istəyirəm, çünki atəşkəsi razılaşmadan daha tez əldə edirsən” deyə prosesi öz nəzarətinə almağa çalışır. Bax, elə bu məqamda Volodimir “zəmanət” tələbi ilə ABŞ-ı və Trampı manipulyasiya etməyə cəhd göstərir və diplomatiya tarixində görünməmiş ölçüdə ağır danlaqdan sonra Ağ evdən faktiki olaraq qovulur.

İki dövlət başçısının danışıqlarında və mətbuat konfransında əsas çıxış haqqı liderlərə aiddir, protokol və diplomatik etika da tərəflərdən birinin nümayəndəsinin- aşağı ranqlı fiqurunun digər dövlətin başçısına qəbul və qəbulla bağlı tədbirlərdə söz atışmasına çıxmasını məqbul saymır. Ancaq ABŞ vitse-prezidenti Vens Tramp və Zelenskinin “debat”ına fəal müdaxilə etdi və heç şübhəsiz, bu, öncədən razılaşdırılmışdı. Daha dəqiqi, ABŞ lideri öz yardımçısına təxminən “qonağımız tərbiyəsizlik edərsə, ağzının payını ver” deyə xüsusi tapşırıq vermişdi. Siyasi şou təşkil etməkdə heç də az aşın duzu olmayan Tramp üçün tamaşa istədiyi kimi keçdi. Epiloq əvəzinə Zelenskiyə “get, hazır olanda gələrsən” deyə son mesaj verildi.

Zelenski bir də Ağ evə qayıda biləcəkmi? Əgər məsələyə ABŞ-ın xarici siyasət prioritetlərində baxsaq, Amerika, Avropa və bütün dünyanın Ukrayna savaşından yorulduğunu, ziyan çəkdiyini nəzərə alsaq, Zelenskinin okeanın o tayına uçması o qədər də real görünmür. Bir lider olaraq, daha doğrusu, bir lider olmayaraq Zelenskinin şəxsi diplomatik üslubu və ABŞ administrasiyası ilə münasibətləri də bu suala müsbət cavab verməyi çətinləşdirir. Trampın istənilən məsələyə yanaşması daha çox praqmatik və nəticəyönümlü olduğundan Zelenskinin Ağ evə bir də qayıda bilməsi üçün konkret nəticələr təqdim etməsi gərəkdir. Üç il ərzində verilən böyük maddi dəstəyin qarşısında belə bir nəticə yarada bilməyən Zelenskinin üç həftə içərisində Trampı fakt qarşısında qoyması inandırıcı deyil. Odur ki, Zelenksi həm öz ölkəsində, həm də ABŞ-da daxili siyasi kontekstdən bəhrələnməyə çalışa bilər. Ukraynada bu məsələni tarazlamaq üçün o, “ABŞ vətənimizi qurban verir, müqavimət göstərək” deyə ictimai rəy formalaşdırmağa təşəbbüs göstərəcək. Bir qədər ABŞ-ın Respublikaçılar Partiyası daxilində Rusiya və Ukrayna ilə bağlı müxtəlif mövqelərin mövcudluğundan da faydalanmaq mümkündür. Ancaq Trampın "Öncə Amerika” lozunqu qarşısında Zelenski artıq faicəvi fiqur kimi görsənir. Avropa ölkələrinin üzləşdiyi enerji problemi, xüsusilə Trampın bu qitənin liderlərinin də hülqumundan yapışması qarşısında Ukrayna xarici siyasət idarəsinin ABŞ-dan azalan dəstəyi beynəlxalq koalisiyalar formalaşdırmaqla kompensasiya etməsi az inandırıcıdır. Zelenski Ağ evi tərk etdikdən sonra ona verilən ürək-dirək suya yazılmış sözlərdən başqa bir şey deyil. Hər gün minlərlə insanın yaralandığı, öldüyü, itkin və qaçqın düşdüyü Ukrayna barədə boğazdan yuxarı nitqlər söyləməyə nə var ki?!.

ABŞ prezidenti Donald Tramp xüsusi vurğulayır ki, sələflərindən fərqli olaraq, Kremldə ona hörmət edirlər. Ancaq bu qədər qanlı savaş xatir-hörmət sayəsində sonlana bilməz. İndiki məqamda bir məsələdə ABŞ və Rusiyanın mövqeyi üst-üstə düşmüş kimi görünür- hər iki tərəf Zelenskisiz Ukrayna arzulayır. Böyük ehtimalla, ABŞ, Britaniya və Rusiyanın üzərində anlaşdığı, Avropa Birliyindən və Türkiyədən də dəstək alacağı bir fiqurun Ukraynada hakimiyyəti gətirilməsi planı işə düşəcək. Zira, yeni seçkilər üçün Ukraynada savaşın dayanmasına ehtiyac var. Ehtimalımıza görə, Ukraynada beynəlxalq müşahidə altında seçkilərin keçirilməsi üzümüzə gələn həftədən başlayaraq dünya siyasətinin əsas gündəm məsələsi olacaq. Rusiya seçkilərin keçirilməsi üçün atəşi birtərəfli qaydada dayandıra, Britaniya isə, Ukraynanın bu vəziyyətdən istifadə edərək əks-hücum əməliyyatlarına başlamaması üçün qarant dura bilər. Proses ABŞ-ın nəzarətində, Almaniya və Fransanın “sülhsevər” mesajlarının müşayiəti ilə aparılacaq. Seçkilərdə iştirak etməməyə qərar verən Zelenskiyə isə, baş ofisi mərkəzi Avropa ölkələrinin birində yerləşən beynəlxalq təşkilatlarda yüksək vəzifə verilə, hətta geyim sərbəstliyi də tanına bilər. Necə deyərlər, dünya köhnə dünyadır, geyimləri təzədir! Geyimlər təzə olsa da, köhnə dünyanın bir köhnə qaydası var: adamı libasına görə qarşılayıb, ağlına görə yola salırlar. Elə hakimiyyətdən də!

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 01 Mart 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see149

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see141

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see137

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see132

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see131

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see128

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see126

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see126

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see121

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see120

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see119

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see116

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see114

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see112

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see111

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see109

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri