Zelenski Trampa hədiyyə edəcəkdi: görün kimə qismət oldu
Icma.az, GlobalInfo saytına istinadən bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransı zamanı amerikalı həmkarı Donald Trampa hədiyyə vermək istəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin jurnalisti Kristofer Miller məlumat yayıb.
O bildirib ki, Zelenski Ukraynadakı döyüşlərin gedişatını izləyən “iPad” hədiyyə etmək istəsə də, Tramp tədbirdə iştirak etməyib.
“Düzünü desəm, mən bunu Münxendə Trampa vermək istəyirdim. Niyə? Çünki “iPad”imdə hansı hücumların baş verdiyini dərhal görə bilirəm — dronlar, raketlər və sair”, – deyə Zelenski Londondakı çıxışı zamanı bildirib.
Ukrayna lideri daha sonra bu planşeti Böyük Britaniya Kralı III Çarlza təqdim edib.
Qeyd edək ki, V.Zelenski martın 17-də Londona gedib və Bukinqem Sarayında III Çarlzla görüşüb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 18 Mart 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















